SON BEŞ ƏSRİN ƏN İSTİ YAYI
AZƏRTAC-ın Bi-Bi-Si-yə istinadla verdiyi xəbərə görə, Bern Universitetinin (İsveçrə) alimləri Avropanın “temperatur tarixi”nin göstəricilərini araşdıraraq, 2003-cü ilin yayının son beş yüz ilin ən isti yayı olduğunu müəyyənləşdirmişlər. Alimlər, əsasən, ağacların illik qatlarını və torpaq dənələrinin tədqiqindən əldə olunmuş informasiyanı təhlil etmişlər.
Tədqiqatçılar aşkar ediblər ki, ötən yay indiyədək ən isti yay sayılan 1757-ci ilin yayını arxada qoymuşdur. Alimlərin fikrincə, bu, Yer üzündə 1977-ci ildən gedən istiləşmə prosesinin getdikcə güclənməkdə olduğunu göstərir.
1902-ci ilin yayı son 500 ilin ən soyuq yayı hesab olunur. Avropanın qışı da getdikcə daha isti keçməyə başlayır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]
ÜST bir çox ölkədə COVID-19-un davamlı olması barədə xəbərdarlıq edib
İraq Hava Yollarına İrana uçuşlara xüsusi istisna hal kimi icazə verilib
- 29.09.2026 [23:44]
Almatıda MDB Bədən Tərbiyəsi və İdman Şurasının iclası olub
- 29.09.2026 [23:24]
Nazir müavini: Orta Dəhlizin yük dövriyyəsi təxminən dörd dəfə artacaq
- 29.09.2026 [22:08]
“Xarıbülbül” “Route du Vin” marafonunda
- 29.09.2026 [22:05]
Milli tennisçimiz ilk dəfə ATP reytinqinə daxil olub
- 29.09.2026 [21:47]
Bakıda Slovakiyanın milli bayramı – Konstitusiya Günü qeyd olunub
- 29.09.2026 [21:35]
Kansler Fridrix Merts: Orta Dəhlizi daha da genişləndirmək istəyirik
- 29.09.2026 [21:10]