SON BİR İLDƏ GÜRCÜSTANDA İŞSİZLƏRİN SAYI 2 FAİZ ARTIB
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Gürcüstan Dövlət Statistika Departamentinin məlumatına görə, hazırda ölkə əhalisinin 13 faizi işsizdir. 2005-ci ildə bu rəqəm 2 faiz artmışdır. Şəhər əhalisinin hər 4 nəfərindən biri işsizdir.
Tbilisi Şəhər Məşğulluq Agentliyində 24 min işsiz qeydə alınmışdır və hər gün xeyli adam iş üçün müraciət edir.