Son sutka ərzində Qırğızıstanda koronavirusa yoluxanların sayı 69 nəfər artıb
Bişkek, 6 aprel, АZƏRTAC
Son sutka ərzində Qırğızıstanda COVID-19 koronavirusuna yoluxanların sayı 69 nəfər artaraq 216-ya çatıb.
AZƏRTAC xəbər verir ki, bunu Qırğızıstan Səhiyyə naziri Sabirjan Abdıkarimov bununla bağlı keçirdiyi mətbuat konfransında deyib. O, bildirib ki, virusa yeni yoluxanlar karantində olanların hesabına artıb. Sutka ərzində 69 nəfərin bu virusa yoluxması Qırğızıstan üçün böyük rəqəmdir, bununla belə biz əlimizdən gələni edirik ki, virusa yeni yoluxanların sayı azalsın. Nazir bildirib ki, son sutka ərzində ölkədə koronavirusdan daha iki nəfər dünyasını dəyişib və ölənlərin sayı dördə çatıb. Hələ ki, sağalanların sayı 10 nəfərdir, bir çox xəstənin vəziyyəti yaxşılaşır. Ümid edirik ki, onlar da yaxın günlərdə evə buraxılacaq. Nazir vurğulayıb ki, 9 tibb işçisi də koronavirusa yoluxub və onlar müalicəni davam etdirirlər.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Bişkek
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [16:38]
Macarıstanda xarici onlayn mağazalar üstünlük qazanır
- 15.06.2026 [15:32]
Avropanın müdafiə sənayesində əməkdaşlıq böhranı dərinləşir
- 15.06.2026 [15:23]
Türkiyənin və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub
- 15.06.2026 [15:08]
Çindən gətirilmiş təhlükəli məhsullar məhv edilib
- 15.06.2026 [15:01]
G7 sammiti ərəfəsində hadisə: bir jandarm həlak olub, iki nəfər yaralanıb
- 15.06.2026 [14:37]
Türkiyənin XİN başçısı sabah Rusiyaya səfər edəcək
- 15.06.2026 [14:29]