CƏMİYYƏT
Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 1662 yoluxma qeydə alınıb
Bakı, 28 noyabr, AZƏRTAC
Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına son sutkada 1662 yoluxma faktı qeydə alınıb, 2391 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 18 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 585 min 783 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 551 min 724 nəfər müalicə olunaraq sağalıb, 7 min 807 nəfər vəfat edib. Aktiv xəstə sayı 26 min 252 nəfərdir.
Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 11 min 369, bu günə qədər isə ümumilikdə 5 milyon 521 min 070 test icra olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]