Son sutkada Qırğızıstanda koronavirusdan 38 nəfər ölüb
Bişkek, 25 iyul, АZƏRTAC
Son gündə Qırğızıstanda COVID-19 koronavirusuna 877 nəfər yoluxub, onlardan 257-si Bişkekdə qeydə alınıb. İndiyədək ölkədə bu virusa yoluxanların sayı 32 min 124 nəfər olub.
AZƏRTAC Qırğızıstan Səhiyyə Nazirliyinə istinadla xəbər verir ki, son sutkada 38, bu günədək isə koronavirusdan 1249 xəstə ölüb.
Son 24 saatda ölkədə virusa 53, ümumən isə 2 min 663 tibb işçisi yoluxub.
Bildirilir ki, xəstəxanalarda 12 min 72 pasiyent müalicə edilir.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Bişkek
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [20:33]
Efiopiyada hava zərbələri nəticəsində 17 nəfər həlak olub
- 05.10.2026 [18:58]
Avropa İttifaqı Moldovaya 157 milyon avro vəsait ayırıb
- 05.10.2026 [17:58]
Tailandda daşqınlar 31 nəfərin həyatına son qoyub
- 05.10.2026 [17:51]