Sorğu: Tramp və Harris demək olar ki, eyni səviyyədə seçici dəstəyinə malikdir
Bakı, 8 sentyabr, AZƏRTAC
Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp və onun demokratlardan olan rəqibi Kamala Harris demək olar ki, eyni səviyyədə seçici dəstəyinə malikdir.
AZƏRTAC xəbər verir ki, bunu “The New York Times” qəzeti və Siena Kolleci Tədqiqat İnstitutunun sentyabrın 10-da keçiriləcək debatdan əvvəl apardığı sorğunun nəticələri sübut edir.
Sorğuya görə, Trampı respondentlərin 48 faizi, Harrisi isə 47 faizi dəstəkləyir.
Harris noyabrda keçiriləcək prezidentlik yarışına qərar verəcək yeddi ştatdan üçündə Trampı qabaqlayır. O, Viskonsin, Miçiqan və Pensilvaniyada liderdir. Namizədlər Arizona, Corciya, Nevada və Şimali Karolina ştatlarında da oxşar səviyyədə dəstək alıblar.
Sorğu sentyabrın 3-dən 6-dək 1695 amerikalı arasında aparılıb və 2,8 faiz bəndi səhv nisbətinə malikdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [18:42]
Yaponiyada icazəsiz tikilən məscidin sökülməsinə dair qərar verilib
- 09.06.2026 [17:56]
Almaniyada siyasi motivli cinayətlərin sayı ən yüksək səviyyəyə çatıb
- 09.06.2026 [17:26]
ABŞ Federal məhkəməsi H-1B vizaları üçün yüz min dollarlıq rüsumu ləğv edib
- 09.06.2026 [17:22]
Apple “Siri”nin süni intellekt əsaslı yeni versiyasını təqdim edib
- 09.06.2026 [16:33]
Nigeriyada vəbadan ölənlərin sayı 74-ə çatıb
- 09.06.2026 [16:21]
Macyar və Orbanın gəlir bəyannamələri: yeni Baş nazir daha varlıdır
- 09.06.2026 [15:45]