Sosial media mövzusunda seminar təşkil olunub
Bakı, 21 aprel, AZƏRTAC
Premyer Liqa klublarının marketinq və media şöbələrinin rəhbərlərinin və media mütəxəssislərinin iştirakı ilə sosial media mövzusunda seminar keçirilib.
AZƏRTAC xəbər verir ki, seminarda “RESULT Sports” şirkəti tərəfindən klub nümayəndələri üçün sosial medianın müxtəlif istiqamətləri üzrə prezentasiyalar təqdim edilib, Premyer Liqa komandalarının sosial media platformalarındakı səhifələri üzrə nəticələr müzakirə olunub.
Seminarda iştirak edən AFFA-nın baş katibi Sərxan Hacıyev klublar arasında keçirilmiş qrant müsabiqəsi üzrə qalibi elan edib.
Münsiflər heyətinin sesverməsinin nəticəsinə əsasən, mart-aprel aylarında Premyer Liqa klubları arasında “Klub tərəfdaşı ilə birgə sosial media aktivasiyası” üzrə keçirilmiş Qrant müsabiqəsinin qalibi “Qəbələ” klubu tərəfindən təqdim edilmiş “Sağlam İnkişaf” layihəsi olub.
Qalibə AFFA tərəfindən layihənin reallaşdırması üçün 5000 AZN məbləğində qrant ayrılacaq.
Qeyd edək ki, seminar aprelin 22-dək davam edəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [11:32]
Litvalı basketbolçu: Qrupdan çıxmaq üçün əlimizdən gələni edəcəyik
- 08.10.2026 [11:15]
Avropa çempionatı: Azərbaycanın 2 boksçusu yarımfinala vəsiqə qazanıb
- 08.10.2026 [11:01]
Azərbaycan taekvondoçusu Paris Qran-Prisində mübarizə aparacaq
- 08.10.2026 [10:22]
Azərbaycan Kubokunda bu gün daha 3 oyun keçiriləcək
- 08.10.2026 [10:04]