REGİONLAR
Sosial Xidmətlər Agentliyinin rəhbərliyi məşhur topçunun ailəsi ilə görüşüb VİDEO
Xaçmaz, 5 noyabr, Elxan Yusifli, AZƏRTAC
Noyabrın 5-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin nümayəndələri Xaçmazın Qusarçay kəndində topçu Vüsal Şahkərimovun ailəsinin qonağı olub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Agentliyin İdarə Heyətinin sədri Vüqar Behbudov Şahkərimovlar ailəsinə vətənpərvər oğul böyütdükləri üçün təşəkkür edib. Bildirilib ki, Vüsal məğrur görkəmi ilə qəhrəman Azərbaycan döyüşçülərinin əsl gücünü nümayiş etdirib.
Agentliyin əməkdaşları ailənin sosial vəziyyəti ilə maraqlanıb onlara sovqatlar təqdim ediblər.
Şahkərimovlar ailəsi Vüsalın və döyüş yoldaşlarının cəbhədən qələbə ilə dönəcəyinə əmin olduqlarını söyləyib.