“SOSİETE GENERALE” ŞİRKƏTİNİN BAŞ İCRAÇI DİREKTORU İLƏ GÖRÜŞ
AZƏRTAC-ın xüsusi müxbirləri xəbər verirlər ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 30-da onun üçün ayrılmış iqamətgahda “Sosiete Generale” şirkətinin baş icraçı direktoru Daniel Buton ilə görüşmüşdür.Görüşdə “Sosiete Generale” şirkətinin Azərbaycanla yaxşı əməkdaşlıq qurduğu vurğulandı. Eyni zamanda bildirildi ki, əlaqələrin daha da genişləndirilməsi üçün şirkət konkret işlər görür və artıq bir sıra layihələri maliyyələşdirir. Nəzərdə tutulan yeni layihələrə də sərmayə qoyulacaq və Azərbaycanın bank sektorunda müəyyən işlər görüləcəkdir.