Şpaqaçılarımız Bəhreyndə keçirilən dünya kubokunun mərhələ yarışında çıxışını başa vurub
Bakı, 23 yanvar, AZƏRTAC
Şpaqa üzrə gənclərdən ibarət Azərbaycan milli komandasının üzvləri Kənan Məlikzadə və Elçin Daşdəmirov Bəhreynin paytaxtı Manama şəhərində keçirilən dünya kubokunun mərhələ yarışında çıxışını başa vurub.
Azərbaycan Qılıncoynatma Federasiyasından AZƏRTAC-a bildiriblər ki, qrup mərhələsini 2 qələbə ilə başa vuran şpaqaçılarımız 32-liyə yüksəlmək uğrunda keçirilən pley-off görüşündə məğlubiyyətlə üzləşib. Elçin Daşdəmirov pley-offda BƏƏ-ni təmsil edən Məhəmməd Əl Maazmiyə (7:15), Kənan Məlikzadə isə isveçrəli Paskal Qrunderə (5:15) uduzub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [18:45]
“Sabah” “Slaviya Praqa” ilə oyundan öncə son məşqini keçirib
- 12.10.2026 [18:21]
“Sabah”ın futbolçusu: Tarixi oyunda qələbə qazanmaq istəyirik
- 12.10.2026 [17:12]
“Qarabağ” klubunun mətbuat katibi vəzifəsindən ayrılıb
- 12.10.2026 [16:32]
“Trabzonspor” basketbol klubunun baş məşqçisi Azərbaycandan təklif alıb
- 12.10.2026 [15:58]