BSTA-nın rəhbəri DSMF-ni BMT mükafatı münasibətilə təbrik edib
Bakı, 6 iyul, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) layiq görüldüyü Birləşmiş Millətlər Təşkilatının (BMT) Dövlət Xidmətləri Mükafatı beynəlxalq arenada yüksək rəğbətlə qarşılanır.
Bu barədə AZƏRTAC-a DSMF-dən məlumat verilib.
Bildirilib ki, bu mühüm uğurla bağlı Beynəlxalq Sosial Təminat Assosiasiyasının (BSTA) prezidenti Mohammed Azman tərəfindən DSMF-nin İdarə Heyətinin sədrinə rəsmi təbrik məktubu ünvanlanıb. Məktubda inklüziv sosial təminat xidmətlərinin təşviqi istiqamətində fondun həyata keçirdiyi qabaqcıl fəaliyyət yüksək qiymətləndirilib, onun milli və beynəlxalq səviyyədə sosial təminat sahəsində liderlik nümayiş etdirdiyi vurğulanıb.
“Bu məktub DSMF-nin qazandığı ali mükafat münasibətilə dünyanın aparıcı sosial təminat təşkilatlarından və xarici tərəfdaşlardan daxil olan çoxsaylı təbriklərdən biridir”, - deyə məlumatda vurğulanıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.07.2026 [13:28]
Bakıda avtobusda yanğın baş verib, xəsarət alan olmayıb
- 06.07.2026 [12:00]