“Standard Insurance” şirkətinin əmlaklarının satışı ilə bağlı növbəti hərrac keçiriləcək
Bakı, 25 may, AZƏRTAC
Ləğv prosesində olan “Standard Insurance” şirkətinin əmlaklarının satışı ilə bağlı növbəti hərrac keçiriləcək.
Şirkətin ləğvetmə komissiyasından AZƏRTAC-a bildirilib ki, “Standard Insurance” sığorta şirkətinin ləgvetmə komissiyası tərəfindən şirkətə məxsus rekonstruksiya işlərindən sonra birləşdirilmiş 4 mənzil satışa çıxarılacaq. Hərrac “Xəzəryanı ixtisaslaşdırılmış Hərrac Mərkəzi” MMC tərəfindən iyunun 7-si saat 11:00-da Bakı şəhəri, Səbail rayonu Ə.Cavid küçəsi, ev 15 mən 1 ünvanda keçiriləcək. Hərraca çıxarılan predmetin satış qiyməti 1 milyon 800 min manat, iştirak haqqının məbləği 500 manat, behin məbləği: 18 min manatdır. Hərrac predmetinin ətraflı təsviri aşağıdakı cədvəldə öz əksini tapıb:
|
Daşınmaz əmlak növü |
Ünvanı |
Ümumi sahəsi |
Satış qiyməti AZN |
İştirak haqqı AZN |
Beh AZN |
|
Rekonstruksiyaişlərindənsonrabirləşdirilmiş 4 (dörd) mənzil |
Bakı şəhəri, Nəsimirayonu, Mirzə AğaƏliyevküçəsi. ev 251, mənzil 20 |
56.6 m² |
1 800 000 |
500 |
18 000 |
|
Bakı şəhəri, Nəsimirayonu, Mirzə AğaƏliyevküç., ev 251, mənzil 49 |
46.5m² |
||||
|
Bakı şəhəri, Nəsimirayonu, Mirzə AğaƏliyevküçəsi. ev 251, mənzil 50 |
52.7 m² |
||||
|
Bakı şəhəri, Nəsimirayonu, ŞəmsiBədəlbəyliküçəsi. ev 96, mənzil 65 |
114.7 m² |
ASC “Standard Insurance” Sığorta Şirkətinin Ləgvetmə komissiyası bildirilir ki, iyunun 7-də keçirilməsi nəzərdə tutulan hərrac satışı sayca üçüncüdür. Birinci və ikinci hərrac satışları müvafiq sayda iştirakçı olmadığı üçün baş tutmayıb. Bu səbəbdən hərrac qaydalarına uyğun olaraq əmlakın ilkin satış qiyməti (2 milyon manat) 10 faiz azaldılaraq üçüncü hərracda 1 milyon 800 min manat müəyyən edilir. Hərracla bağlı daha ətraflı məlumatları isə aşağıdakı linklərdən əldə etmək mümkündür:
https://tap.az/elanlar/dasinmaz-emlak/obyektler-ve-ofisler/25336904
Ləğvetmə komissiyası həmçinin bildirir ki, şirkətin digər əmlaklarının qanunvericiliyə və təsdiq edilmiş hərrac qaydalarına əsasən açıq hərrac yolu ilə satışının təşkili davam edəcək və bu barədə ictimaiyyətə əvvəlcədən məlumat veriləcək.