“Starliner” kosmik gəmisi Yerə astronavtlarsız qayıdır
Vaşinqton, 7 sentyabr, AZƏRTAC
İyunda kosmosa uçan “Boeing Starliner” gəmisi pilotsuz vəziyyətdə geri qayıdır.
AZƏRTAC-ın məlumatına görə, ABŞ saatı ilə axşam saatlarında Beynəlxalq Kosmik Stansiyanı tərk edən gəminin bir neçə saat sonra Nyu-Meksiko ştatında yerə eniş etməsi gözlənilir. Ekipaj üzvləri Suni Uilyams və Batç Vilmor isə orbitdəki laboratoriyada daha 5-6 ay qalmalı olacaqlar.
NASA ilə kontrakt əsasında “Boeing” şirkəti tərəfindən yaradılmış “Starliner” NASA astronavtlarının iştirakı ilə ilk uçusunu iyunun 5-də reallaşdırıb. Sınaq missiyasının təxminən bir həftə çəkməsi gözlənilsə də, gəminin mühərrikindəki problemə və ardından helium sızmasına görə gəmi ekipajla birlikdə stansiyanı tərk edə bilməyib. Mütəxəssislər problemi aradan qaldıra bilmədiyi üçün gəminin Yerə ekipajsız qayıtmasına qərar verilib. Astronavtların fevrala kimi Beynəlxalq Kosmik Stansiyada qalması və “SpaceX”-ə məxsus “Crew Dragon” kosmik gəmisi ilə geri qayıtması planlaşdırılır.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [20:17]
Şahzadə Diananın mindiyi avtomobil hərracda rekord qiymətə satılıb
- 09.06.2026 [20:02]
Londondakı hökumət binasında gizli kamera aşkarlanıb
- 09.06.2026 [19:10]
Çin süni intellektə 255 milyard avro sərmayə yatırmağı planlaşdırır
- 09.06.2026 [18:42]
Yaponiyada icazəsiz tikilən məscidin sökülməsinə dair qərar verilib
- 09.06.2026 [17:56]
Almaniyada siyasi motivli cinayətlərin sayı ən yüksək səviyyəyə çatıb
- 09.06.2026 [17:26]