Azərbaycan Dövlət İnformasiya Agentliyi

Startap rəhbəri: Havadakı suyun birbaşa istehsalını mümkün edən sistemlərin yaradılmasını hədəfləyirik

Bakı, 18 mart, AZƏRTAC

Azərbaycanın innovasiya və startap ekosistemində su ehtiyatlarının səmərəli istifadəsinə yönəlmiş yeni texnoloji həllər də formalaşmağa başlayır. Bu istiqamətdə diqqət çəkən layihələrdən biri də “Autosource” MMC tərəfindən hazırlanan atmosferdən su generasiyası texnologiyasıdır. Layihə havadakı rütubətdən istifadə etməklə suyun birbaşa istehsalını mümkün edən avtonom sistemlərin yaradılmasını hədəfləyir və xüsusilə su çatışmazlığı olan ərazilər üçün alternativ həll kimi nəzərdə tutulub. İnnovativ yanaşmasına görə layihə rəsmi olaraq startap şəhadətnaməsi də əldə edib. Hazırda prototipləşdirmə və pilot sınaqlara hazırlıq mərhələsində olan bu təşəbbüs həm ekoloji, həm də texnoloji baxımdan yeni imkanlar vəd edir.

Layihənin ideyası, texniki xüsusiyyətləri və gələcək planları barədə “Autosource” MMC-nin direktoru və ixtiraçı Aygün Əliyeva Sundhordvik AZƏRTAC-ın suallarını cavablandırıb.

- “Autosource” MMC layihəsi su təminatı sahəsində hansı boşluğu doldurmağı və ya hansı dəyişimi yaratmağı hədəfləyir?

- Bu layihə Azərbaycanın su təhlükəsizliyi ekosistemində üç əsas boşluğu doldurmağı hədəfləyir:

1. Mərkəzləşdirilmiş sistemlərdən asılılığın aradan qaldırılması (Avtonomiya): Hazırda bir çox regionlarda (xüsusilə Abşeronun bəzi kəndləri, dağlıq zonalar və azad edilmiş ərazilər) su təminatı ya boru kəmərlərindən, ya da su maşınlarından (su daşıyan maşınlar) asılıdır. ASG texnologiyası suyun bilavasitə istifadə nöqtəsində istehsalını təmin edərək, logistik asılılığı və infrastruktur xərclərini sıfıra endirir.

2. Keyfiyyət və təhlükəsizlik boşluğu: Plastik qablarda satılan və ya çənlərdə saxlanılan suların mikrobioloji təmizliyi və saxlanma şəraiti tez-tez sual doğurur. Bizim sistemimiz suyu havadan aldığı və dərhal filtrasiya/UV-sterilizasiyadan keçirdiyi üçün təmiz su təminatı yaradır.

3. İdxalın əvəzlənməsi: Hazırda Azərbaycanda atmosfer su generatorları istehsal olunmur, mövcud xarici analoqlar isə çox bahadır. Bizim layihə yerli istehsal sayəsində texnologiyanı əlçatan edərək, bazarın bu boşluğunu doldurur. Bu texnologiyanın seçilməsi həm mühəndislik, həm də ətraf mühit baxımından strateji üstünlüklərə dayanır.

- Atmosferdən su generasiyası texnologiyasını seçərkən hansı texniki və ekoloji üstünlüklər əsas meyar oldu?

- Mənbənin tükənməzliyi. Yerüstü su ehtiyatları quruduğu halda, atmosferdə hər zaman rütubət var. Hətta quru iqlimlərdə belə atmosfer nəhəng bir su anbarı rolunu oynayır. Cihazımız ümumi komponentlərə əsaslanır, kompaktdır və yığılması və ya miqyaslandırılması nisbətən asandır. İxtiramız klassik termodinamik kontekstdə optimal kondensasiya üçün buxar təzyiqini, nisbi rütubəti və mol fraksiyalarını hesablamaq üçün istifadə olunur.

• İnteqrasiya imkanı (IoT): daxili sistem əsaslı idarəetmə sistemimiz sayəsində qurğu ətraf mühitin temperatur və rütubətinə uyğun olaraq ən səmərəli iş rejimini özü seçir. Bu, texniki xidmət xərclərini, enerji xərclərini azaldır və effektivliyi artırır.

• İstilik təkrar emalı (Rekuperasiya): Layihəmizdə istifadə olunan rekuperasiya sistemi sayəsində enerjiyə qənaət edilir ki, bu da rəqiblərlə müqayisədə bir litr suyun maya dəyərini aşağı salacaq.

• Plastik tullantıların azaldılması: 2000 litrlik bir qurğu gündəlik təxminən 100 ədəd 19 litrlik plastik qabın istifadəsini və bununla bağlı yaranan karbon izini (nəqliyyat tullantıları) aradan qaldırır.

• Yeraltı suların qorunması: Texnologiya artezian və yeraltı suları tükətmir, təbii su dövranına müdaxilə etmədən su əldə edir.

• Enerji səmərəliliyi: Sistem “Solar-ready” (günəş enerjisi ilə işləməyə hazır) dizayn edildiyi üçün gələcəkdə tamamilə yaşıl enerji ilə işləyə bilər.

Birbaşa faza keçidi (kondensasiya)

Seçilmiş texnologiya su buxarının birbaşa kondensasiyası prinsipinə əsaslanır. Bu yanaşma: Kimyəvi maddələrdən istifadə etmir; Çoxmərhələli ayırma prosesləri tələb etmir; Sistemin konstruksiyasını sadələşdirir. Bu, higroskopik absorbsiya və ya membran texnologiyalarından fərqli olaraq daha az texniki mürəkkəblik yaradır.

Termodinamik nəzarət və dəqiqlik

Sistem temperatur fərqi (qızdırma və sürətli soyutma) vasitəsilə idarə olunur. Bu isə rütubətin və şeh nöqtəsinin dəqiq hesablanmasına imkan verir, su hasilatının proqnozlaşdırılmasını təmin edir, prosesin avtomatlaşdırılmasını asanlaşdırır.

Enerji səmərəliliyi

Standart soyutma və istilik avadanlıqları istifadə olunur. Bərpaolunan enerji mənbələri (günəş panelləri və s.) ilə işləyə bilir. Yüksək rütubətli mühitlərdə daha effektivdir

Təmiz məhsul

Kondensasiya nəticəsində alınan su təbii olaraq distillə olunmuş olur, əlavə kimyəvi təmizləmə tələb etmir, sadəcə minerallaşdırma mərhələsi ilə içməli hala gətirilir.

Kimyəvi maddələrin olmaması

Duz məhlulları və ya digər higroskopik reagentlər istifadə edilmir, ətraf mühitə kimyəvi tullantı riski yoxdur.

Qapalı dövrə sistemi

Soyuducu sistem qapalı konturda işləyir, su və torpaq çirklənməsi ehtimalı minimaldır

Su resurslarından asılılığın azalması

Yeraltı və yerüstü su mənbələrinə təzyiq azalır, xüsusilə su qıtlığı olan bölgələr üçün alternativ mənbə yaradır.

Karbon izinin azaldılması potensialı

Bərpaolunan enerji ilə işlədikdə minimal emissiya yaradır, uzaq ərazilərdə su daşınmasına ehtiyacı azaldır, nəticə olaraq, əsas meyarlar sadəlik, enerji səmərəliliyi, ekoloji təhlükəsizlik və praktik tətbiq imkanı olub.

- Hazırda layihə hansı mərhələdədir: konsept, texniki dizayn, prototipləşdirmə, yoxsa pilot sınaqlara hazırlıq?

- Layihənin mühəndislik və dizayn mərhələsi tamamlanmayıb. Hazırda prototipinin yığılması və real ekoloji şəraitdə (rütubət və temperaturun dəyişməsi fonunda) test edilməsi üçün pilot sınaqlara hazırlıq gedir. Bu mərhələdə sistemin istilik mübadiləsini, alqoritminin optimallaşdırılması və suyun təmizlik dərəcəsinin AQTA standartlarına uyğunluğunun yoxlanılması nəzərdə tutulur.

- Bu texnologiyanın ilkin mərhələdə daha çox hansı sahələrdə (kənd təsərrüfatı, ucqar yaşayış məntəqələri, fövqəladə hallar və s.) tətbiqi planlaşdırılır?

- İlkin mərhələdə (Pilot) içməli su çatışmazlığı olan ucqar yaşayış məntəqələri və kəndlər üçün tətbiqi planlaşdırılır. Əsas məqsəd sosial əhəmiyyətli və avtonom su mənbəyi yaratmaqdır. Növbəti mərhələdə sənaye obyektləri və kənd təsərrüfatı üçün nəzərdə tutulmuş daha böyük həcmli (on minlərlə litr/gün) prototiplərin hazırlanması planlaşdırılır.

- Layihənin kommersiyalaşdırma modeli necə nəzərdə tutulur: Birbaşa satış, icarə, dövlət sifarişləri, yoxsa pilot layihələr üzərindən?

- Layihənin kommersiya strategiyası çevikdir, lakin əsas fokus B2B (biznesdən biznesə) sektoruna yönəlib. Həmçinin müəssisələr və özəl mülklər üçün qurğuların birbaşa satışı, böyük sənaye və tikinti şirkətləri üçün uzunmüddətli icarə modelləri, strateji əhəmiyyətli bölgələrin su təminatı proqramlarında iştirakı üçün dövlət sifarişləri əsasında satışı nəzərdə tutulub.

- Enerji təminatı məsələsi (xüsusilə Günəş enerjisi ilə inteqrasiya) layihənin texniki yol xəritəsində hansı yeri tutur?

- Texniki yol xəritəsində Günəş enerjisi ilə inteqrasiya mərkəzi yer tutur. Qurğularımız “Solar-ready” (Günəş panelinə birbaşa qoşulma imkanı) dizayn edilir. Bundan əlavə, yaşıl enerji və digər hibrid sistemlərin tətbiqi üçün xüsusi alternativ enerji mənbələri araşdırılır ki, bu da qurğunun tam avtonom (şəbəkədən kənar) işləməsini təmin edəcək. İnvestisiya ehtiyacı ilə bağlı “Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya” çərçivəsində innovativ layihə ilə bağlı Elm və Təhsil Nazirliyinə müraciət etmişik. Bununla bağlı işlər görülür.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“OpenAI” və “Google” tədqiqatçılarından süni intellektlə bağlı xəbərdarlıq

Suriyada sursat anbarında partlayış baş verib

Tramp: İran nə vaxtsa təslim olmaq qərarına gələcək

Xəzər dənizində zəlzələ qeydə alınıb

Almaniya NATO-nun Şərq cinahını gücləndirmək üçün yeni hərbi-logistika qovşağı yaradır

Naxçıvanda skuterlə motosiklet toqquşub, 3 nəfər xəsarət alıb

ABŞ İrana silah tədarükünə görə 10 şəxs və şirkətə sanksiya tətbiq edib

Yaponiya Suriyanın 16 qurumunun aktivlərinə qarşı olan məhdudiyyətləri aradan qaldırıb

Fransada dövlət sektorunda genişmiqyaslı tətil: yüz minlərlə insan küçələrə çıxıb

“Töhfətül-İraqeyn” əsərinin Xaqaninin yaradıcılığında və Azərbaycan ədəbi irsində əhəmiyyəti

İraq Hava Yollarına İrana uçuşlara xüsusi istisna hal kimi icazə verilib

Almatıda MDB Bədən Tərbiyəsi və İdman Şurasının iclası olub

Rejissor: Sənədli film türk dövlətlərinin Qarabağdakı həmrəyliyindən bəhs edir

Kəmalə Paşayeva: Filmin məqsədi Qənirə Paşayevanın Türk dünyası ilə bağlı ideyalarını davam etdirməkdir

Nizami Kino Mərkəzində “Türkün gücü tükənməz” sənədli filminin təqdimatı olub

Nazir müavini: Orta Dəhlizin yük dövriyyəsi təxminən dörd dəfə artacaq

“Xarıbülbül” “Route du Vin” marafonunda

Milli tennisçimiz ilk dəfə ATP reytinqinə daxil olub

Azərbaycanla Müqəddəs Taxt-Tac arasında gələcək birgə proqramlarla bağlı fikir mübadiləsi aparılıb

“Fox News”: Heqset ABŞ Silahlı Qüvvələrində generalların sayını 20 faiz azaltmağı planlaşdırır

Bakıda Slovakiyanın milli bayramı – Konstitusiya Günü qeyd olunub

Romada Leyla Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub

Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüb

Tokayev: Qazaxıstan Orta Dəhliz vasitəsilə yükdaşıma qabiliyyətini 20 milyon tona çatdırmaq niyyətindədir

Kansler Fridrix Merts: Orta Dəhlizi daha da genişləndirmək istəyirik

Cəlilabadda qədim yaşayış məskəni tapılıb

Almaniya Prezidenti: Orta Dəhlizin genişləndirilməsi gələcəyin layihəsidir

Xaqani Şirvani 900: Böyük şairin zəngin irsinə ehtiram

Azərbaycan Basketbol Federasiyası ötən mövsümün hesabatını verib

Qazaxıstan Prezidenti Almaniyaya səfər edib

Baş nazirin müavini Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb

Azərbaycan Asiya İnfrastruktur İnvestisiya Bankının İllik Toplantısında təmsil olunub

Bu saata olan əsas xəbərlər

Leyla Əliyeva Müqəddəs Taxt-Tacda Azərbaycan xalçaları sərgisinin açılışında iştirak edib

Xalq rəssamı: Natəvanın barelyefi yaradıcılığımın ilk mühüm əsərlərindən biridir

Qoşulmama Hərəkatı Gənclər Təşkilatına yeni sədr seçilib

Tailandda güclü yağış və daşqınlar 23 nəfərin həyatına son qoyub

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Asiya İnfrastruktur İnvestisiya Bankının prezidenti: Azərbaycanla sıx əməkdaşlıq etməyi səbirsizliklə gözləyirik

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Şri-Lankada denge virusuna yoluxanların sayı 100 mini keçib

Gəncə-Daşkəsən iqtisadi rayonunda genişmiqyaslı coğrafi tədqiqatlar aparılıb

Azərbaycan və Sudan arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə edilib

Baş konsul İğdır vilayətində bir sıra görüşlər keçirib

Transplant-kardioloq Oqtay Musayev: Ürək transplantasiyası ilə Azərbaycan səhiyyəsi Qafqazda öz inkişafını bir daha təsdiqlədi

Marko Rubio: Böyük Britaniyada hərbi bazanın yaxınlığında baş verən insidentdə xarici aktorun əli var

Nazir Məcnun Məmmədov Şabranda vətəndaşlarla görüşüb

Tarixçi-alim: Albaniyada tanrıçılıq nəinki islamdan, hətta xristianlıqdan əvvəl yayılmışdı

Azərbaycan və Belarus arasında müdafiə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib

Malayziyada təhsil alan azərbaycanlı gənclərlə görüş: milli həmrəylik və diaspor fəaliyyəti

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

Amerikalı basketbolçu Azərbaycan klubuna keçib

Kənd Təsərrüfatı Nazirliyi və Dünya Bankı arasında CRAIS layihəsi ilə bağlı müzakirələr aparılıb

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanın İtaliyadakı səfiri etimadnaməsini Prezident Sercio Mattarellaya təqdim edib

Amur vilayətində Tu-95 hərbi təyyarəsi qəzaya uğrayıb

BDU-da “Zəfər ayı”: Yaddaşımızda yaşayan qəhrəmanlar

Avrokomissar: Aİ-nin enerji xərcləri bu il 100 milyard avrodan çox artıb

DVX: Vergi borclarının idarə olunmasına daha çevik yanaşmaların tətbiqi istiqamətində iş aparılır

ADSEA sədri Samux rayonunda vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan İtaliya ilə strateji sahələrdə qarşılıqlı faydalı tərəfdaşlıq imkanlarını nəzərdən keçirib

Əlilliyi olan 1600-dən çox şəxs hippoterapiya xidmətinə cəlb edilib

Qazaxıstan və Almaniya şirkətləri Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə əməkdaşlığı inkişaf etdirir

Azərbaycan və Rusiya arasında hüquq sahəsində əlaqələrin inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb

Beynəlxalq İnvestisiya Forumu Azərbaycana sərmayə axınını təmin edən tədbir oldu - ŞƏRH

® “Expressbank”dan UNEC tələbələri üçün maliyyə savadlılığı təlimləri

İcbari tibbi sığorta sahəsində ÜST ilə əməkdaşlıq imkanları diqqətdə olub

Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi 4 istiqamət üzrə ISO sertifikatlarına layiq görülüb

Qətər rəsmisi: ABŞ-İran danışıqları davam edir, fikir ayrılıqlarını həll etməyə çalışırıq

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

“Azərkosmos” “Platerra” süni intellektəsaslı platformasını istifadəyə verib

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Media: Almaniya hökuməti Çinin Hamburqdakı logistika şirkətini almasına qarşı çıxmaq istəyir

Tramp texnologiya şirkətlərinin rəhbərləri ilə görüşəcək və süni intellektəsaslı federal portalı təqdim edəcək

ADU ilə Almaniyanın ali məktəbləri arasında əməkdaşlığın inkişaf etdirilməsi prioritet istiqamətlərdəndir

Qərbi Azərbaycanda tarixi abidələrimiz – Şah Abbas karvansarası

Naringi bağlarının sığortalanması fermerlərin risklərdən qorunmasına imkan verir

Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib

“Səyyar Gənclər Xidməti” Salyanda

Dubayda ilk dəmir yolu stansiyası açılıb

Xaricdə ali təhsil almış 30 nəfər peşə tanınması imtahanında uğur qazanıb

Asiya İnfrastruktur İnvestisiya Bankının 12-ci İllik Toplantısı gələn il Azərbaycanda keçiriləcək

Olimpiya mükafatçısı: Azərbaycanlı gənc üzgüçülərin hazırlıq səviyyəsi gözləntilərimi üstələdi

III Beynəlxalq Opera Festivalı çərçivəsində “Gənclərin səsi” layihəsi davam edir

Yunanıstan qida tullantılarının həcminə görə Aİ-də üçüncü yerdədir

Hindistan şirkəti Azərbaycanda qablaşdırma məhsullarının istehsalı zavodu yaradacaq

Pərvanə Babayeva: Xarici laboratoriyada işləmək, əslində, xarici təcrübəni öz laboratoriyana gətirməkdir

“Rosatom” Ermənistana digər ölkələrin də iştirakı ilə yeni AES tikməyi təklif edir

Qırğızıstanda iki məktəbdə Azərbaycan dilinin tədrisinə başlanılır

Myanmada 18 mindən çox sakin daşqından zərər görüb

Azərbaycana səfərə gələn Avropa Komissiyasının nümayəndə heyəti Naxçıvanda olub

Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb

® İndi “Azeronline” abunəçiləri “Kinon TV” xidmətindən ödənişsiz istifadə edə biləcəklər

Azərbaycan Premyer Liqasında IX turun oyun cədvəli açıqlanıb

Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Fransanın dövlət borcu antirekord həddə çataraq 3,6 trilyon avroya yaxınlaşıb

Fatih Birol: Lazım gələrsə, üzv dövlətlərlə strateji neft ehtiyatlarından daha çox istifadəni müzakirə edəcəyik