Stenford Universitetinin alimi yadplanetlilərin Yerə səfər etdiyinə inanır
Bakı, 31 may, AZƏRTAC
Stenford Universitetinin alimi yadplanetlilərin Yerə səfər etdiyinə və hazırda planetimizdə yaşadıqlarına əmin olduğunu bildirib.
AZƏRTAC “Daily Mail” qəzetinə istinadla xəbər verir ki, immunoloq Harri Nolan bu barədə “Pentaqon, planetimizdən kənar təfəkkür və qəzaya uğrayan UNO” konfransında çıxışı zamanı deyib.
Alimin fikrincə, insanlar çox güman ki, yadplanetlilərlə qarşılaşıb, lakin qeyri-adi heç nə hiss etməyiblər. O, “ilkin məlumatın toplanmasında” iştirak edən və “qəzaya uğrayan uçan aparatların tərs layihələndirilməsi” üzərində çalışan şəxslərlə ünsiyyətindən sonra belə nəticəyə gəldiyini bildirib.
Nobel mükafatına namizəd Harri Nolan uçan naməlum obyektlərin (UNO) səfərləri zamanı kənara atılan materialların analizi üzrə eksperimentlər aparıb. O, eyni zamanda Birləşmiş Ştatların yüzlərlə dövlət qulluqçusuna təsir edən və ürəkbulanma, başgicəllənmə, baş ağrıları ilə xarakterizə olunan Havana sindromunu araşdırmaq üçün ABŞ Mərkəzi Kəşfiyyat İdarəsində çalışıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.06.2026 [19:35]
Qahirədə Məmlüklər dövrünə aid su sistemi və məscid qalıqları aşkarlanıb
- 07.06.2026 [18:40]
Ermənistanda parlament seçkiləri davam edir – son rəqəmlər
- 07.06.2026 [18:05]
ABŞ Prezidenti İranla bağlı son vəziyyəti açıqladı: Razılaşmaya çox yaxınıq
- 07.06.2026 [15:01]
Çadda əkinçilərlə çobanlar arasında toqquşmalar nəticəsində 11 nəfər ölüb
Bu saata olan əsas xəbərlər
- [12:00]
TBMM sədri: Aİ genişlənmə siyasəti yolu ilə özünü qorumalıdır
- 06.06.2026 [23:23]
İsveç Rusiya ilə sərhəd yaxınlığında NATO-nun yeni qrupunu yerləşdirib
- 06.06.2026 [21:49]
Suraxanıda baş verən dava ilə əlaqədar 7 nəfər saxlanılıb YENİLƏNİB
- 06.06.2026 [21:25]
İçərişəhərdə Rasim Abdullayevin xatirə konserti keçirilib
- 06.06.2026 [21:21]
Azərbaycan Tələbə Liqasında mövsümə yekun vurulub
- 06.06.2026 [20:31]
Azərbaycanın U-21 millisi Bəhreynə böyük hesabla qalib gəlib
- 06.06.2026 [20:08]
Bu saata olan əsas xəbərlər
- 06.06.2026 [20:00]
Avropalı alimlər Nizami Gəncəvinin məqbərəsini ziyarət ediblər
- 06.06.2026 [19:47]
Ölkəmizin zəngin mədəni irsi İstanbulda nümayiş etdirilir
- 06.06.2026 [18:40]
Naxçıvanda tələbələr arasında futzal birinciliyinin qalibi müəyyənləşib
- 06.06.2026 [17:58]