Stoltenberq: Nüvə silahına malik NATO ölkələrinin sayı artırılmayacaq
Bakı, 11 mart, AZƏRTAC
NATO nüvə silahı yerləşdirilən alyans ölkələrinin sayını artırmaq niyyətində deyil.
AZƏRTAC xəbər verir ki, NATO-nun Baş katibi Yens Stoltenberq bu barədə alyansa üzlüyü ilə bağlı İsveç bayrağının qaldırılması mərasimi ərəfəsində Brüsseldə keçirilən mətbuat konfransında deyib.
“Nüvə silahına malik NATO ölkələrinin sayını artırmaq planımız yoxdur”, - deyə Yens Stoltenberq bildirib. Baş katibin sözlərinə görə, NATO nə İsveçdə, nə də alyansın digər ölkələrində yeni daimi bazalar yaratmaq fikrində deyil.
Ötən həftə ABŞ-ın dövlət katibi Entoni Blinken Stokholmu alyansın yeni üzvü kimi rəsmi şəkildə təbrik edərək bunu “İsveç üçün tarixi an” adlandırıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.09.2026 [18:33]
Fransa və ABŞ Hörmüz boğazına dair qətnamə hazırlayır
- 22.09.2026 [17:13]
Avropada qazın qiyməti 3 həftənin minimumuna enib
- 22.09.2026 [17:09]
Stokholmda bir milyon kron dəyərində park skamyaları oğurlanıb
- 22.09.2026 [16:51]