Azərbaycan Dövlət İnformasiya Agentliyi

Strateji tərəfdaşlığa əsaslanan Azərbaycan-İtaliya münasibətləri yeni inkişaf mərhələsindədir ŞƏRH

Strateji tərəfdaşlığa əsaslanan Azərbaycan-İtaliya münasibətləri yeni inkişaf mərhələsindədir  ŞƏRH

Bakı, 5 sentyabr, AZƏRTAC

Həyata keçirilən uğurlu daxili və xarici siyasi strategiyanın, bütün sahələr üzrə aparılan davamlı islahatların və atılan cəsarətli addımların nəticəsidir ki, artıq Azərbaycan nəinki yerləşdiyi coğrafi məkanın, hətta bütövlükdə Avrasiyanın real güc mərkəzlərindən biridir və regional proseslərin önündə gəlir. Həmçinin dünyanın enerji təhlükəsizliyinə verdiyi mühüm töhfələr, iqtisadi qüdrəti, misilsiz logistik imkanları, eyni zamanda, formalaşdırdığı yeni reallıqlar fonunda bölgəyə gətirdiyi sülh və təhlükəsizlik, regional əməkdaşlığın inkişafına təkan verən təşəbbüsləri ölkəmizə bu statusu qazanmağa imkan verib. Həm də Azərbaycan dünyada tam güvənilən, atdığı hər bir imzasına dəyər verən etibarlı tərəfdaş kimi tanınır. Bu da onunla münasibətlər quran, əməkdaşlığı genişləndirmək istəyən dövlətlərin sayını durmadan artırır və beynəlxalq mövqelərini möhkəmləndirir. Təbii ki, ölkəmizin qazandığı bütün bu nailiyyətlərin bilavasitə müəllifi dövlətimizin başçısı İlham Əliyevdir. O, istənilən beynəlxalq məsələlərdə Azərbaycanı layiqincə təmsil edir, ölkəmizin maraqlarını yüksək səviyyədə qoruyur. Azərbaycan Prezidentinin beynəlxalq təşkilatların tədbirlərindəki çıxışlarının maraqla izlənilməsi, qlobal səviyyəli təşəbbüslərinin və bəşəriyyətin gələcəyi ilə bağlı dəyərli təkliflərinin dünya liderləri tərəfindən dəstəklənməsi dövlətimizin və şəxsən Prezident İlham Əliyevin nüfuzunun göstəricisidir. 2019-cu ildə Qoşulmama Hərəkatına sədrliyin üzv dövlətlər tərəfindən ölkəmizə həvalə olunması, eləcə də beynəlxalq və regional təşkilatların müxtəlif mövzulu tədbirlərinin Azərbaycanda keçirilməsi dediklərimizin bir daha təsdiqidir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Sahib Məmmədov deyib.

Onun sözlərinə görə, Azərbaycanın milli maraqlara və qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan ikitərəfli münasibətlərində İtaliya ilə əlaqələr xüsusi önəm kəsb edir. Ən qədim dövlətçilik ənənələrinə və zəngin mədəniyyətə sahib olan bu ölkə ilə əlaqələrimiz bir çox vacib sahələr üzrə daim inkişaf edərək möhkəm dostluğa və strateji tərəfdaşlığa çevrilib. Yaxın tarixdir ki, uzun illər Azərbaycanın xarici siyasətində Ermənistan-Azərbaycan münaqişəsinin həlli prioritet təşkil edib və ölkəmiz bu istiqamətdə səsini dünyaya çatdırmaq üçün səylə çalışıb. Həmin dönəmlərdə ədalətli mövqe tutan, Azərbaycanın haqq işinə dəstək verən ölkələrdən biri də İtaliya olub. Belə ki, 1997-ci ilin sentyabrında Ulu Öndər Heydər Əliyev İtaliyaya ilk rəsmi səfəri zamanı bu ölkənin prezidenti və digər rəsmiləri birmənalı şəkildə münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə tərəfdar olduqlarını bəyan etmişdilər. Bu yanaşma, həqiqətən də, həmin həssas dönəmdə Azərbaycan üçün xeyli önəmli idi. Ümumiyyətlə, Ulu Öndərimizin bu səfər çərçivəsində keçirdiyi rəsmi görüşlər və imzalanan sənədlər ölkələrimiz arasında siyasi, iqtisadi, mədəni və texniki əməkdaşlığa təkan verdi, əlaqələrimiz yüksələn xətlə daha sürətlə inkişaf etməyə başladı.

“2018-ci ildə İtaliya Prezidenti Sercio Mattarellanın Azərbaycana, 2020 və 2022-ci illərdə dövlətimizin başçısı İlham Əliyevin Romaya səfərləri əlaqələrimizin dinamik inkişafına müsbət təsir göstərib və münasibətlərimiz daha sıx xarakter almağa başlayıb. Sözsüz ki, İtaliya-Azərbaycan əlaqələrindən söz düşmüşkən enerji sahəsində əməkdaşlıq xüsusi vurğulanmalıdır. Çünki Azərbaycan bu ölkənin enerji təhlükəsizliyinin təmin olunmasında əsas rol oynayır. Belə ki, İtaliya xam neft və neft məhsullarının ixracında ən iri ticarət tərəfdaşımızdır. Həmçinin 2023-cü ildə Azərbaycandan İtaliyaya təqribən 10 milyard kubmetr qaz ixrac olunub və bu da, təbii ki, yüksək göstəricidir. Eyni zamanda, bu ilin əvvəlindən iyul ayınadək ölkələrimiz arasında ticarət dövriyyəsinin həcmi 6,2 milyard dollar, o cümlədən idxalın həcmi 0,3 milyard dollar, ixracın həcmi isə 5,9 milyard dollar olub. Azərbaycanda mövcud olan siyasi sabitlik, əlverişli investisiya mühiti İtaliyanın işgüzar dairələrinin də diqqətini cəlb edir. Ölkəmizin sənaye, kənd təsərrüfatı, nəqliyyat, tikinti, ticarət, xidmət və digər sahələrində İtaliyanın 100-dən çox investisiyalı kommersiya qurumu çalışır. Yeri gəlmişkən, işğaldan azad edilmiş ərazilərdə aparılan tikinti-quruculuq, o cümlədən dini və mədəni abidələrin bərpasında İtaliyadan olan şirkətlər də iştirak edir”, - deyə AHİK sədri qeyd edib.

İki ölkə arasında humanitar sahələrdə də əlaqələrin davamlı şəkildə inkişaf etdiyini deyən Sahib Məmmədov bildirib: “Bu sahə üzrə münasibətlərin genişlənməsində Heydər Əliyev Fondunun və yüksək humanist addımları, səmərəli ictimai fəaliyyəti ilə dünyada böyük hörmət sahibi olan Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın gördüyü işlərin dərin izləri var. Belə ki, Müqəddəs Marçellinio və Pietro katakombaları Fondun dəstəyi ilə bərpa edilib və Mehriban xanım Əliyeva katakombaların açılış mərasimində iştirak edib. Həmçinin Vatikanda dünya üçün xüsusi önəm daşıyan qiymətli əsərlərin qorunması naminə şəxsən Mehriban xanım Əliyevanın təşəbbüslərinin dünyada misli yoxdur. Bu missiya nəinki İtaliya-Azərbaycan münasibətlərinə, o cümlədən dünyada mədəniyyətlərarası və dinlərarası dialoq mühitinin formalaşmasına, möhkəmlənməsinə verilən mühüm töhfədir”.

Azərbaycan Prezidenti İlham Əliyevin İtaliyaya budəfəki işgüzar səfərinin perspektivlərini qeyd edən Konfederasiya sədri Sahib Məmmədov bildirib ki, dövlətimizin başçısının dost ölkədə keçirəcəyi yüksək səviyyəli görüşlər, ikitərəfli əlaqələrdə aktual mövzular üzrə aparılacaq müzakirələr strateji tərəfdaşlığa əsaslanan münasibətlərimizi daha da möhkəmləndirəcək, eləcə də yeni sahələr üzrə əməkdaşlığın qurulmasına və dərinləşməsinə geniş imkanlar açacaq.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bakıda bəzi yollarda nəqliyyatın hərəkətində sıxlıq yaranıb

Yasamal və Binəqədi rayonlarında elektrik enerjisinin verilişində fasilə olacaq

Kiyev ballistik raketlərlə vurulub, ölənlər var

Böyük Britaniya Ukraynaya çoxməqsədli raketlərin tədarükünü sürətləndirəcək

Konqoda “Ebola” virusundan ölənlərin sayı 4300 nəfəri ötüb

“Politico”: Trampın yaxın vaxtlarda Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməsi gözlənilmir

“Forbes”: İlon Mask yenidən trilyonçu statusunu itirib

ABŞ şirkəti Ukrayna üçün Avropada “Patriot” raketləri istehsal edə bilər

FTB “OpenAI” əməkdaşını ofisdə dinləmə cihazı yerləşdirdiyinə görə həbs edib

Marko Rubio Özbəkistanda C5+1 formatında nazirlər görüşündə iştirak edəcək

Ukrayna hərbi ehtiyaclar üçün əlavə 1,33 milyard dollar ayırıb

Papa XIV Leonun ağciyərindən bədxassəli şiş çıxarılıb

Çempionlar Liqası: “Qalatasaray” “Barselona”ya məğlub olub

Corc Vaşinqtonun prezidentliyi dövrünə aid sikkə hərracda 2,9 milyon dollara satılıb

Koalisiya qüvvələri Yəməndə husilərin yanacaq anbarlarına zərbələr endirib

Meksika qəzetində azərbaycanlı rəssamın sərgisindən bəhs edən məqalə dərc olunub

“Sabah”ın baş məşqçisi: Futbolçularım xarakter və əzmkarlıq göstərdilər

Çexiya klubunun baş məşqçisi: “Sabah” bizi meydanın mərkəzində üstələdi

“Sabah”ın hücumçusu “Slaviya” ilə matçın oyunçusu seçilib

Çempionlar Liqası: “Sabah” liqa mərhələsində ilk qələbəsini qazanıb – YENİLƏNİB 4

Anatoli Livşits: Dəniz, relyef və şəhər tikililərinin vəhdəti Bakının özünəməxsus memarlıq görkəmini formalaşdırır

Kambocanın Baş naziri Müdafiə Sənayesi Nazirliyinin müəssisələrini ziyarət edib VİDEO

Kambocanın Baş naziri Müdafiə Sənayesi Nazirliyinin müəssisələrini ziyarət edib VİDEO

Böyük Britaniyada yaradılan yeni iş yerlərinin 80 faizi miqrantların payına düşüb

Luvr muzeyinin qarətindən bir il keçir: oğurlanmış kral xəzinəsinin taleyi hələ də müəmmalıdır

Bakının iki ərazisində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq

“Baku Jazz Festival-2026”: Xarici musiqiçilərin təəssüratları

Azərbaycan Mədəniyyəti FAO-nun Baş qərargahında təqdim olunub

Avropa Kuboku: “Gəncə” Yunanıstan klubuna uduzub

Avropa İttifaqı ilə Körfəz ölkələri strateji tərəfdaşlığı gücləndirməyi müzakirə edəcəklər

Cəbrayılın Şükürbəyli kəndində əmək yarmarkası olacaq

Ombudsman Səbinə Əliyeva vətəndaşları dinləyib

Asiya İnkişaf Bankının Azərbaycan üzrə direktoru Naxçıvana səfər edib

Azərbaycan modelçiləri “Ankara Model Show 2026” sərgisində mükafatlar qazanıblar

Tramp husilərə xəbərdarlıq edib

ABŞ Prezidenti: ABŞ İranla bağlı çox yaxın zamanda qərar verəcək

Tramp: ABŞ Ukrayna ilə kəşfiyyat məlumatlarını paylaşmağa davam edir

Londonda “Arşın mal alan” filminin nümayişi olub

Azərbaycanın Macarıstandakı yeni səfiri etimadnaməsini təqdim edib

Bu saata olan əsas xəbərlər

Məktəbli geyimi, sadəcə bir forma deyil…

Zaqatalada Bəkməz çayının üzərindəki qəzalı körpü bərpa olunacaq VİDEO

Zaqatalada Bəkməz çayının üzərindəki qəzalı körpü bərpa olunacaq VİDEO

Naxçıvan şəhərində məhəllədaxili yollar asfaltlanır VİDEO

Naxçıvan şəhərində məhəllədaxili yollar asfaltlanır VİDEO

Çempionlar Liqası: “Sabah” və “Slaviya Praqa”nın start heyətləri açıqlanıb

Frontex və Avropa Kosmik Agentliyi peyk məlumatlarından istifadəyə dair əməkdaşlığı genişləndirir

Azərbaycanda vahid məktəbli geyimi VİDEO

Azərbaycanda vahid məktəbli geyimi VİDEO

Laos Prezidenti Milli Məclisdə olub

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyəti beynəlxalq simpoziumda iştirak edib

Faiq İsmayılov: Ənənəvi baş örtüklərimizi eyniləşdirib hamısını hicab adlandırmaq doğru deyil

AMEA-da yeni rəqəmsal hesabat modeli tətbiq edilir

Mərkəzi Bank: Sığorta sektorunun zərərlilik dərəcəsi artıb

Birinci yarımildə investisiya şirkətlərinin aktivləri 123 milyon manat olub

Mərkəzi Bank: İpoteka portfeli üzrə QİK əmsalı aşağı səviyyədədir

Şotlandiyada stadionlarda alkoqol qəbuluna yenidən icazə verilib

AMB: Bank sektoru üzrə kredit riskləri idarə olunan səviyyədədir

Türk ekspert: Azərbaycan və Türkiyə regional sülhün və Türk dünyasının parlaq gələcəyinin sarsılmaz təminatıdır

Azərbaycanın sabitliyi və əmin-amanlığı hər bir vətəndaşın məsuliyyətidir – RƏY

Deputat: Azərbaycan dünyanın müxtəlif regionlarında yerləşən dövlətlərlə əlaqələrini daha da genişləndirir

Türkiyə Prezidenti Səudiyyə Ərəbistanı ilə həmrəy olduğunu bəyan edib

Qazaxıstan ərazisindən tranzit yükdaşımaların həcmi 13 faizdən çox artıb

Vahid geyim qaydaları məktəb mədəniyyətinin möhkəmlənməsinə töhfə verir - Sənan Həsənov

ABŞ-nin Yunanıstandakı səfirindən istefa verməsi tələb edilib

Azərbaycanın dünyəvi təhsil modeli hədəfdə: İdeoloji mübarizənin pərdəarxası - TƏHLİL

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb

Kamboca Krallığının birinci xanımı Piç Çanmoni İçərişəhərlə tanış olub

Təkrarsığortaya ötürülən təkrarsığorta haqları 74 milyon manat olub

Mərkəzi Bank: Əhalinin borc yükü artıb

Yarım ildə bank sektoru üzrə 62 milyon manat silinmə baş verib

BSU Şumen Universiteti ilə əməkdaşlığa dair memorandum imzalayıb

Şəhid övladları üçün Zəfər Muzeyinə ekskursiya təşkil edilib

Çin atom elektrik stansiyalarından enerji alan dünyanın ilk ultra yüksəkgərginlikli elektrik şəbəkəsini istismara verib

İşğaldan azad edilmiş ərazilərdə 100 minə yaxın insan məskunlaşıb

Səudiyyə Ərəbistanı neft hasilatındakı itkiləri bərpa edir

İqtisadi Şuranın növbəti iclası olub

Daha bir neçə avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib

Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı tarixi nitqi ADU-da gələcək inkişafın yol xəritəsi kimi

Beynəlxalq Cüdo Federasiyasının prezidenti dünya çempionatının yüksək səviyyədə təşkilinə görə Azərbaycana təşəkkür edib

Xaçmazda qəhvəyi mərmər bağacığına qarşı mübarizə tədbirləri ilə bağlı növbəti iclas baş tutub

Cənubi Afrikada aclıq son 15 ilin ən yüksək səviyyəsinə çatıb - ARAŞDIRMA

Qlobal avtomobil bazarında yeni minik avtomobillərinin qeydiyyatı 5 faizədək azalıb

BDU əməkdaşlarının rəqəmsal bacarıqları inkişaf etdirilir

AzTU tələbələri təhsil kreditləri barədə məlumatlandırılıb

QMİ sədri: Bəzi insanlardan dövlətə qarşı istifadə etmək istəyənlər var

Azərbaycanın müdafiə naziri Kamboca Krallığının Baş naziri ilə görüşüb

Asim Xudiyev UEFA-dan təyinat alıb

Azərbaycanın çoxşaxəli siyasəti: Bakı niyə daha böyük strateji əhəmiyyət qazanır?

Sentyabrda İqtisadiyyat Nazirliyinin Çağrı Mərkəzinə 40 min 702 müraciət daxil olub

Vətən və bayraq sevgisi ilə böyüyən qəhrəmanın son döyüşü VİDEO

Vətən və bayraq sevgisi ilə böyüyən qəhrəmanın son döyüşü VİDEO

Süni intellekt xidmətlərinin adından istifadə edən yeni fişinq kampaniyası aşkarlanıb – Xəbərdarlıq

Təhsil müəssisələrində geyim mədəniyyəti: dünyəvi prinsiplər və peşəkar nümunə

Neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 31 faizədək artıb

® “Kapital Bank”ın xalis mənfəəti 2026-cı ilin ilk 9 ayında 29,6 faiz artıb

Gömrükçülər külli miqdarda dərman vasitələri aşkarlayıblar

Allahşükür Paşazadə: Azərbaycanda müsəlmanların təzyiqə məruz qalması tamamilə yalandır

İran münaqişə dövründə 5 milyon tondan çox neft məhsulları ixrac edib

XİN Azərbaycan vətəndaşlarını Qara dəniz və Azov dənizi akvatoriyalarında gəmilərdə əmək fəaliyyəti ilə məşğul olmaqdan çəkinməyə çağırıb

UEFA Gənclər Liqası: “Sabah”ın U-19 komandası Çexiya klubuna uduzub

Azərbaycan və Laos prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB VİDEO

Şeyxülislam: Bizi bəzi dövlətlərlə qarşıdurmaya sürükləmək istəyən qüvvələr var

MEK-də Hənəfi Zeynallının xatirəsinə həsr olunmuş sərgi açılıb

BVF: Süni intellekt şirkətlərinin səhmlərinin ucuzlaşması maliyyə sabitliyini təhdid edir