Su poloçularımız Misirdə iki medal qazanıblar
Bakı, 11 may, AZƏRTAC
Azərbaycanın su polosu üzrə yeniyetmələrdən ibarət müxtəlif yaş qruplarında komandaları Misirin paytaxtı Qahirədə keçirilən klublararası beynəlxalq turnirdə uğurla çıxış ediblər.
AZƏRTAC Azərbaycan Üzgüçülük Federasiyasına istinadla xəbər verir ki, 2009-2010-cu il təvəllüdlü idmançılardan ibarət komandamız bütün rəqiblərinə qalib gələrək turnirin qalibi olub.
2008-ci il təvəllüdlü yeniyetmələrdən ibarət komandamız isə yarışın gümüş mükafatını əldə edib.