Su polosu üzrə Bakı çempionatına yekun vurulub
Bakı, 9 iyun, AZƏRTAC
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi (BŞGİBİ) tərəfindən Su İdman Sarayında su polosu üzrə Bakı çempionatı keçirilib.
BŞGİBİ-dən AZƏRTAC-a bildiriblər ki, çempionatda 4 komanda birincilik uğrunda mübarizə aparıb.
Gərgin idman mübarizəsi şəraitində keçən yarışda “Su İdman Sarayı” komandası çempion adını qazanıb. MOİK ikinci, “Su İdman Sarayı-2” komandası üçüncü pillədə qərarlaşıb.
Mükafatçılara Baş İdarə tərəfindən müvafiq dərəcəli diplom və xatirə hədiyyələri təqdim olunub.