SÜLEYMAN RÜSTƏMİN “SEÇİLMİŞ ƏSƏRLƏRİ”NİN III CİLDİ ÇAPDAN ÇIXMIŞDIR
AZƏRTAC xəbər verir ki, “Şərq-Qərb” nəşriyyatında “Müasir Azərbaycan ədəbiyyatı” seriyasından xalq şairi Süleyman Rüstəmin “Seçilmiş əsərləri”nin sonuncu, III cildi çapdan çıxmışdır.
Bu cilddə şairin pyesləri - “Çimnaz xanım yuxudadır” (1922), “Durna” (1947), “Gəldi-gedər” (1955-1969) və S.Rüstəmi dramaturq kimi şöhrətləndirən “Qaçaq Nəbi” (1940) mənzum dramı toplanmışdır.
25 min tirajla çap olunmuş kitabın tərtibçisi Azad Rüstəmzadədir.