Sumqayıt abituriyentlərinin yüksək nailiyyətləri
Sumqayıt, 2 sentyabr, Ətrabə Rzayeva,
Sumqayıt məktəblərinin məzunları bu il ali məktəblərə tələbə qəbulunda yüksək nəticə əldə ediblər.
Abşeron-Xızı Regional Təhsil İdarəsindən AZƏRTAC-a bildirilib ki, Sumqayıt şəhəri Təbiət Elmləri Təmayüllü Gimnaziyanın və Nizami Gəncəvi adına Sumqayıt şəhəri Texniki və Təbiət Elmləri Liseyinin şagirdləri qəbul imtahanlarında 100 faizlik nəticə göstərərək hamısı tələbə adını qazanıblar.
Belə ki, cari mövsümdə Sumqayıt şəhər Təbiət Elmləri Təmayüllü Gimnaziyanı 55 şagird bitirib. Onlardan 51-i Azərbaycanın, 4-ü isə xarici ölkələrin universitetlərinə qəbul olunub. Məzunlardan 10-u qızıl, 2-si isə gümüş medalla məktəbi bitirib.
Nizami Gəncəvi adına Sumqayıt şəhər Texniki və Təbiət Elmləri Liseyindən isə 54 nəfər məzun olub. Onlardan 42-si Azərbaycan, 12-si isə xarici ölkələrin ali məktəblərində təhsillərini davam etdirəcəklər.
Şəhərin İsmət Qayıbov adına Sumqayıt şəhər 1 nömrəli tam orta məktəbin 3 sinfinin, Təfəkkür Liseyinin isə 2 sinfinin şagirdləri də qəbul imtahanlarında 100 faizlik nəticə əldə ediblər.
Ümumilikdə isə Abşeron-Xızı Regional təhsil idarəsinin tabeliyində fəaliyyət göstərən məktəblərdə 172 şagird 600-dən, 37 şagird isə 650-dən yuxarı bal toplayıb.