“Sumqayıt”-AZAL matçında qalib müəyyənləşməyib
Bakı, 24 sentyabr, AZƏRTAC
Oktyabrın 1-də futbol üzrə Azərbaycan Premyer Liqasında VII turun daha bir oyunu keçirilib.
AZƏRTAC xəbər verir ki, Sumqayıtın eyniadlı komandası AZAL-la üz-üzə gəlib. Matç qollu heç-heçə ilə başa çatıb. Mövsümün startından indiyədək qalibiyyət sevinci yaşamayan çempionatın autsayderi AZAL bu oyunda da bir xalla kifayətlənməli olub.
Belə ki, qarşılaşmada hesabı AZAL futbolçuları açıb. İlqar Ələkbərov 9-cu dəqiqədə başı ilə topu qapıya yönəldib. İlk hissə qonaqların 1:0 üstünlüyü ilə yekunlaşıb. İkinci hissədə hücumlarını artıran meydan sahibləri 83-cü dəqiqədə istəyinə çatıb. Mirabdulla Abbasov baxımlı zərbə ilə topu doqquzluğa göndərib-1:1. Qalan vaxtda komandaların heç biri fərqlənə bilməyib.
Beləliklə, 8 xalı olan “Sumqayıt”ın dördüncü pillədəki mövqeyi dəyışməyib. AZAL isə turnirin sonuncusu olmaqda davam edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [17:50]
Bakı Olimpiya Stadionu Çempionlar Liqasının oyunlarına hazırdır - FOTOLAR
- 08.10.2026 [16:46]
“Sabah” – “Borussiya Dortmund” oyununun biletləri satışa çıxarılıb
- 08.10.2026 [16:43]
Azərbaycan Kubokunda daha üç oyun keçirilib
- 08.10.2026 [16:12]
MOK rəsmiləri Xorvatiyada Olimpiya Həmrəyliyi Forumunda iştirak edəcəklər
- 08.10.2026 [15:33]
Azərbaycan Premyer Liqasında VII turun hakim təyinatları açıqlanıb
- 08.10.2026 [15:12]