ELM VƏ TƏHSİL
Sumqayıt məktəbliləri AzMİU haqqında məlumatlandırılıb
![](/files/galleryphoto/2023/2/1200x630/16866405655946224844_1200x630.jpg)
![](/files/galleryphoto/2023/2/1200x630/16866405652672926778_1200x630.jpg)
![](/files/galleryphoto/2023/2/1200x630/16866405656154242744_1200x630.jpg)
Bakı, 13 iyun, AZƏRTAC
Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) təbliğat-təşviqat kampaniyası çərçivəsində Sumqayıt məktəbliləri ilə görüş keçirilib.
AzMİU-dan AZƏRTAC-a bildirilib ki, Sumqayıt şəhər Heydər Əliyev Mərkəzində gerçəkləşən görüşdə sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektor Orxan Naqdiyev, İnşaat fakültəsinin dekanı Sahib Fərzəliyev, dekan müavini Tural Əliyev, Abituriyent Məsləhət Mərkəzinin əməkdaşları Surxay Əliyev və Aynurə Bayramova. tələbələr iştirak ediblər.
Prorektor Orxan Naqdiyev məktəblilərə universitetin tədris prosesi, üstünlükləri və perspektivləri, beynəlxalq əlaqələri, ikili diplom layihələri, universitetdə tələbələr üçün yaradılan şərait, iş və təcrübə imkanları barədə məlumat verib. Prorektor, həmçinin AzMİU-ya qəbul qaydaları, xüsusi qabiliyyət tələb edən ixtisasların müsabiqə şərtləri, tələb olunan əsas göstəricilər haqqında da danışıb.
Sonda AzMİU-nun tanıtım videoçarxı təqdim olunub, abituriyentlərin sualları cavablandırılıb.
Qeyd edək ki, AzMİU-nun təbliğat-təşviqat qrupu bundan öncə də bölgələrdə məktəblilərlə görüşüb, gələcək tələbələrə universitetin ixtisasları, fakültələri, təhsil imkanlarından bəhs ediblər.