“Sumqayıt” Ronaldonu heyətinə cəlb edib
Bakı, 30 yanvar, AZƏRTAC
“Sumqayıt” heyətini yeni oyunçu ilə gücləndirib.
Klubdan AZƏRTAC-a verilən məlumata görə, “kimyaçılar” son olaraq Boliviyanın “Quabira” klubunda çıxış etmiş Dominikan Respublikası millisinin futbolçusu Ronaldo Vaskez Junior ilə 1,5 illik müqavilə imzalayıb. 25 yaşlı yarımmüdafiəçi yeni komandasında 23 nömrəli formanı geyinəcək.
Qeyd edək ki, Ronaldo Junior karyerası boyunca yetirməsi olduğu “Atletiko Pantoxa” (Dominikan Respublikası) ilə yanaşı “Hapoel” (Təl-Əviv, İsrail) və “Quabira” (Boliviya) klublarında da çıxış edib. O, 41 dəfə formasını geyindiyi Dominikan Respublikasının milli komandasında 6 qol vurmağa da müvəffəq olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [16:02]
Renat Dadaşov Litva ilə matçda da oynamayacaq
- 02.10.2026 [15:18]
Xankəndidə Futbol Akademiyası yaradılacaq
- 02.10.2026 [14:09]
Dünya Kuboku: Azərbaycan üzgüçüləri yeni rekordlara imza atıblar
- 02.10.2026 [12:52]
Azərbaycanın 4 taekvondoçusu beynəlxalq turnirdə mübarizə aparacaq
- 02.10.2026 [12:41]
AMADA Parisdə keçirilən beynəlxalq iclasda təmsil olunub
- 02.10.2026 [12:12]
UEFA Millətlər Liqası: Azərbaycan – Litva matçının hakimləri bəlli olub
- 02.10.2026 [12:07]