Sumqayıtda ağacəkmə aksiyasında 5 min ting əkilib
Sumqayıt, 4 mart, Ətrabə Rzayeva, AZƏRTAC əkilib
Sumqayıtda şəhər icra hakimiyyətinin təşəbbüsü ilə həyata keçirilən aksiyada Bakı-Quba yolunun şəhər ərazisində 3500, məhəllədaxili ərazilərdə isə 1500 ağac olmaqla, ümumilikdə, 5 min ting əkilib.
AZƏRTAC xəbər verir ki, ağacəkmə aksiyasında müəssisə, idarə, təşkilat və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Ərazidə abadlıq işləri aparılaraq ağacların dibi yumşaldılıb, yaşıllıqlara aqrotexniki qulluq göstərilib. Sülh prospekti boyunca həmişəyaşıl ağacları və qızılgül kolları əkilib.
Qeyd edək ki, 2018-ci ildə şəhər ərazisində 56851 ədəd ağac, 257000 ədəd dekorativ gül, 191000 ədəd mövsümü gül, 5359 ədəd dekorativ kol əkilib, aqrotexniki qulluq göstərilib, yeni suvarılma xətləri çəkilib.