Sumqayıtda “Gimnastika hamı üçün” tədbiri təşkil ediləcək
Bakı, 14 iyul, AZƏRTAC
Gənclər və İdman Nazirliyinin “İdman hamı üçün” layihəsi çərçivəsində iyulun 17-də Sumqayıtda “Gimnastika hamı üçün” tədbiri təşkil ediləcək.
AZƏRTAC xəbər verir ki, əyləncəli idman tədbirinin təşkilində məqsəd əhali arasında gimnastika idman növünün təbliği, idmana marağın artırılması, sağlam həyat tərzinə çağırış, asudə vaxtın səmərəli təşkilidir.
“Təhsil” Respublika İdman Mərkəzinin Sumqayıt şəhər 1 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman-Şahmat Məktəbində keçiriləcək tədbirdə hər kəs iştirak edə bilər.
Tədbirdə müxtəlif musiqili - nümunəvi çıxışlar təqdim ediləcək. İstənilən yaş kateqoriyasından olan insanlar gimnastika mütəxəssislərinin rəhbərliyi altında keçiriləcək proqrama kütləvi şəkildə qoşularaq isinmə, gimnastika, rəqs hərəkətlərini yerinə yetirə və fləş-mobda iştirak edə bilərlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [18:23]
Arda Gülər transfer dəyəri 100 milyon avroya çatan ilk türk futbolçu olub
- 05.10.2026 [17:43]
İngiltərə millisi Çexiya ilə matça ciddi itkilərlə çıxacaq
- 05.10.2026 [16:28]
Azərbaycan gimnastı Böyük Britaniyada 2 qızıl medal qazanıb
- 05.10.2026 [15:25]