Sumqayıtda sahibkarlıq mövzusunda gənclərlə görüş olub
Bakı, 25 avqust, AZƏRTAC
Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Gənclər və İdman Nazirliyinin Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə sahibkarlıq fəaliyyəti ilə bağlı gənclərlə görüş keçirilib.
KOBİA-dan AZƏRTAC-a bildirilib ki, tədbirdə agentliyin, Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsinin, İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondunun, Sumqayıt Gənclər Evinin, Gənclərin İnkişaf və Karyera Mərkəzinin regional bölməsinin nümayəndələri, eləcə də 30-dan çox biznesə maraq göstərən gənc və sahibkar iştirak edib.
Görüşdə gənclərin sahibkarlıq fəaliyyətinə dəstək, biznesə başlamaq və mövcud fəaliyyəti genişləndirmək üçün dövlətin dəstək alətləri, o cümlədən KOBİA-nın xidmətləri, güzəştli maliyyə resurslarına çıxış barədə məlumat verilib, fikir mübadiləsi aparılıb. Həmçinin gənclərin təklifləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb.