“Sumqayıt”ın baş məşqçisi: Qol buraxdıqdan sonra daha yaxşı oynadıq
Sumqayıt, 3 sentyabr, AZƏRTAC
“Sumqayıt” futbol klubun baş məşqçi Samir Abbasov komandanın “Nefçi” ilə oyunundan sonra jurnalistlərlə fikirlərini bölüşüb.
AZƏRTAC xəbər verir ki, S. Abbasov deyib: "Pis oynamadıq. Doğrudur, görəcəyimiz işlər çoxdur. Amma əvvəlki üç turdakı ikinci yarıda komanda çox əziyyət çəkirdi. Məncə, komanda 3-4 turdan sonra fiziki sarıdan tam hazır olacaq. Oyunumuz da pis alınmadı. İlk yarıda iki qapıda da epizodlar olmadı. Konsentrasiyamız yaxşı idi. Qol buraxdıqdan sonra daha yaxşı oynadıq. Böyük qüvvə ilə irəli getdik. Daha yaxşı olacağıq. Çünki komandamız gec yığışıb, transferlərimiz də gec gəlib. Amma buna görə heç kimi qınamıram. Bu işin içində özüməm. Bu cür oyunlar önəmlidir. Azarkeşlərimizə də təşəkkürümü bildirirəm. Sona qədər bizə dəstək oldular".
Qeyd edək ki, sentyabrın 2-də “Sumqayıt” “Nefçi”ni qəbul edib. Matç 0:1 hesabı ilə bitib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.06.2026 [19:30]
Bakıda akrobatika və aerobika gimnastikası üzrə Dünya Kubokuna yekun vurulub
- 07.06.2026 [19:28]
Çövkən üzrə Körfəz ölkələri regionu yaradılır VİDEO
- 07.06.2026 [19:08]
Azərbaycan millisi Çövkən üzrə Dünya Çempionatına qələbə ilə başlayıb VİDEO
Bu saata olan əsas xəbərlər
- [12:00]
TBMM sədri: Aİ genişlənmə siyasəti yolu ilə özünü qorumalıdır
- 06.06.2026 [23:23]
İsveç Rusiya ilə sərhəd yaxınlığında NATO-nun yeni qrupunu yerləşdirib
- 06.06.2026 [21:49]
Suraxanıda baş verən dava ilə əlaqədar 7 nəfər saxlanılıb YENİLƏNİB
- 06.06.2026 [21:25]
İçərişəhərdə Rasim Abdullayevin xatirə konserti keçirilib
- 06.06.2026 [21:21]
Azərbaycan Tələbə Liqasında mövsümə yekun vurulub
- 06.06.2026 [20:31]
Azərbaycanın U-21 millisi Bəhreynə böyük hesabla qalib gəlib
- 06.06.2026 [20:08]
Bu saata olan əsas xəbərlər
- 06.06.2026 [20:00]
Avropalı alimlər Nizami Gəncəvinin məqbərəsini ziyarət ediblər
- 06.06.2026 [19:47]
Ölkəmizin zəngin mədəni irsi İstanbulda nümayiş etdirilir
- 06.06.2026 [18:40]
Naxçıvanda tələbələr arasında futzal birinciliyinin qalibi müəyyənləşib
- 06.06.2026 [17:58]