SUMQAYITIN ENERJİ TƏMİNATI MƏSƏLƏLƏRİ MÜZAKİRƏ OLUNUR
Qeyd olunmuşdur ki, Sumqayıtın enerji sisteminin maddi-texniki vəziyyəti, habelə onun elektrik enerjisi ilə təminatı şəhər rəhbərliyinin daim diqqət mərkəzindədir. Elektrik kabellərinin dəyişdirilməsi, yeni transformatorların quraşdırılması yaşayış massivlərinə elektrik enerjisi nəqlini xeyli yaxşılaşdırmışdır. Artıq 11 mindən çox abonent işıq pulunu yeni quraşdırılmış elektrik sayğacları ilə ödəyir. Yaxın vaxtlarda sayğacların sayı 44 minə çatdırılacaqdır. Cəmiyyətin rəhbərliyinin fikrincə, bu, kommunal xidmətlərin haqqının vaxtında ödənilməsini təmin edəcəkdir.
Görüşdə enerji sisteminin qış mövsümünə hazırlanması və əhalinin elektrik enerjisi ilə fasiləsiz təmin olunması üçün maksimum şərait yaradılması məsələlərinə toxunulmuşdur.
Abonent xidmətinin yaxşılaşdırılması məsələləri də müzakirə edilmişdir. Bu məqsədlə şəhərdə Əhaliyə xidmət mərkəzinin yaradılması barədə qərar qəbul olunmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [11:41]
Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edilib
- 07.10.2026 [11:37]
Qeyri-neft-qaz sektorundan vergi daxilolmaları 12,6 faiz artıb
- 07.10.2026 [11:27]