CƏMİYYƏT
Sumqayıtın məhəllələri abadlaşır
![Sumqayıtın məhəllələri abadlaşır](/files/2013/3/1200x630/1407145113138886026_1200x630.jpg)
Sumqayıt, 7 noyabr (AZƏRTAC). Sumqayıtda daha bir mikrorayonun məhəlləsi abadlaşdırılmışdır.
Şəhər icra hakimiyyətinin təklifi ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azərikimya” İstehsalat Birliyi Sumqayıtın 9-cu mikrorayon yaşayış massivində müasir nümunəvi həyətlər yaratmışdır. Şəhərin abadlıq nümunəsinə çevrilən bu yaşayış massivində bütün evlərin fasadları yenilənmiş, həyətlərdə oturacaqlar,
köşklər quraşdırılmış, uşaqlar üçün əyləncə meydancaları tikilmişdir. Yeni tikilmiş futbol meydançası da idman sevərlərin ixtiyarına verilmişdir. Evlərin qarşısında yaşıl qazonlar salınmış, dekorativ ağaclar əkilmiş, küçələrə asfalt döşənmişdir.
Yenilənən mikrorayonun təqdimat mərasimində şəhər rəsmiləri,
ictimaiyyət nümayəndələri və sakinlər iştirak etmişlər.
AZƏRTAC xəbər verir ki, mikrorayonun sakinləri bütövlükdə yaşayış massivinin simasının dəyişdirilməsi layihəsinin həyata keçirilməsini yüksək qiymətləndirmişlər. Yaşayış massivlərinin abadlaşdırılmasına, göstərilən yüksək diqqət və qayğıya görə, dövlətimizin başçısı İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.
Qeyd edək ki, artyıq Sumqayıtda 5 mikrorayonda 11 nümunəvi
məhəllə yaradılmışdır.
Dekabr ayında şəhərin 12 mikrorayonunda növbəti yenilənmiş məhəllə sakinlərə təqdim olunacaqdır.