Azərbaycan Dövlət İnformasiya Agentliyi

Süni intellekt texnologiyalarının tarixi ilə bağlı elmi seminar keçirilib

Bakı, 18 may, AZƏRTAC

Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunda Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə və Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Gününə həsr olunmuş elmi seminar keçirilib.

Bu barədə AZƏRTAC-a AMEA-dan məlumat verilib. Bildirilib ki, tədbiri giriş nitqi ilə AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru akademik Rasim Əliquliyev açıb. Akademik əvvəlcə Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Gününün tarixinə nəzər salaraq xatırladıb ki, 2005-ci ildə İnformasiya Cəmiyyəti üzrə Ümumdünya Sammitinin Tunisdə keçirilən ikinci mərhələsi çərçivəsində BMT Baş Assambleyasına 17 may tarixinin “Beynəlxalq İnformasiya Cəmiyyəti Günü” elan edilməsi ilə bağlı müraciət qəbul edilib. Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) 2006-cı ildə mayın 17-si tarixinin Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günü kimi qeyd edilməsi ilə bağlı qərar qəbul edib. Həmin ildən etibarən hər il mayın 17-də BTİ-nin çağırışlarına müvafiq olaraq İnformasiya Texnologiyaları İnstitutunda Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günü qeyd olunur.

Tədbirin həm də Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunduğunu söyləyən akademik Rasim Əliquliyev Ümummilli Liderin ötən əsrin ikinci yarısından etibarən Azərbaycanda informasiya cəmiyyətinin meydana gəlməsi və inkişaf etdirilməsi, informasiya-kommunikasiya texnologiyalarının inkişafı və bu istiqamətdə kadrların yetişdirilməsində əvəzsiz xidmətləri olduğunu xatırladıb.

Sonra alim Azərbaycanda süni intellekt texnologiyalarının meydana gəlməsi və inkişaf tarixi haqqında geniş məruzə ilə çıxış edib. Süni intellekt nəzəriyyəsinin təkamülü haqqında məlumat verərək ötən əsrin 40-cı illərində süni intellektlə bağlı irəli sürülən mülahizələr və ideyalardan söz açıb. Akademik tanınmış alim Alan Türinqin 1950-ci ildə çap etdirdiyi “Hesablama maşınları və intellekt” adlı əsərinin süni intellekt nəzəriyyəsinə əhəmiyyətli töhfə olduğunu bildirib. Eyni zamanda, dünyaşöhrətli alim, professor Lütfi Zadənin 1950-ci illərdə süni intellekt məsələlərinə diqqət yönəltdiyini, bu sahədə ilk elmi əsərlərdən birinin Lütfi Zadə tərəfindən 1950-ci ildə ABŞ-ın Kolumbiya Universitetində çap olunduğunu nəzərə çatdırıb. Qeyd edib ki, Lütfi Zadənin 1965-ci ildə “qeyri-səlis çoxluqlar və qeyri-səlis məntiq” nəzəriyyəsini irəli sürməsi süni intellektin inkişafında inqilabi dəyişikliyə səbəb olub.

“Maşın təlimi, dərin təlim, genetik alqoritmlər, qeyri-səlis məntiq, süni immun sistemləri, obrazların tanınması, süni neyron şəbəkələri və s. süni intellektin tərkib hissələridir”, - deyə akademik əlavə edib.

AMEA-nın vitse-prezidenti Azərbaycanda Lütfi Zadə nəzəriyyəsinin formalaşması və inkişafından bəhs edərək, Lütfi Zadə-Azərbaycan əlaqələri, qeyri-səlis məntiq nəzəriyyəsinin davamçıları, Azərbaycan alimlərinin bu sahədə dünya elminə verdiyi töhfələrdən danışıb. Alim 1960-1990-cı və 1990-2020-ci illərdə Azərbaycanda süni intellektin müxtəlif istiqamətləri üzrə aparılan araşdırmalardan, alimlərimizin əldə etdiyi mühüm nailiyyətlərdən də söz açıb. Eyni zamanda, İnformasiya Texnologiyaları İnstitutunda intellektual elektron dövlətin formalaşması, informasiya təhlükəsizliyi sahəsində süni intellekt texnologiyalarının tətbiqi, neyroriyaziyyatın, obrazların tanınması, Big data analitikası, maşın və dərin təlimin elmi-nəzəri əsaslarının inkişafı istiqamətində əldə olunan nailiyyətlərin ölkəmizdə süni intellektin inkişafına mühüm töhfələr verdiyini vurğulayıb.

Elmi seminarda AMEA-nın müxbir üzvü, İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri texnika elmləri doktoru Ramiz Alıquliyev “Təbiətdən qaynaqlanan süni intellekt alqoritmləri” mövzusunda məruzəsini təqdim edib. Alim əvvəlcə süni intellekt və onun inkişaf mərhələləri haqqında məlumat verərək bildirib ki, süni intellekt üçün ilkin şərtlər 1943-1955-ci illərdə yaranıb. Süni intellekt təbiətlə İKT arasında analoqların müəyyən edilməsi, davranışın modelləşdirilməsi, İKT tətbiqləri üçün modelin sadələşdirilməsi və sazlanması kimi mərhələlərdən keçib.

Ramiz Alıquliyev təbiətdən qaynaqlanan alqoritmlərin təsnifatını təqdim edərək biologiya, fizika, kimya, riyaziyyat və digər elm sahələrindən qaynaqlanan alqoritmlər haqqında ətraflı məlumat verib, hər birinə dair nümunələr təqdim edib.

Elmi seminarda “IV Sənaye İnqilabının texnoloji çağırışları kontekstində kibertəhlükələr və onların intellektual analizi problemləri” mövzusunda məruzə dinlənilib. Məruzəni AzScienceNet Şəbəkə İdarəetmə Mərkəzinin rəhbəri texnika üzrə fəlsəfə doktoru Babək Nəbiyev təqdim edərək əvvəlcə IV Sənaye İnqilabı kontekstində kibertəhlükəsizlik məsələlərindən danışıb. “IV Sənaye İnqilabı əşyaların interneti texnologiyaları, avtomatlaşdırma, süni intellekt, maşın təlimi və böyük verilənlərin analizi kimi qabaqcıl texnologiyaların istehsal proseslərinə inteqrasiyasıdır”, - deyən məruzəçi bildirib ki, IV Sənaye İnqilabı bir çox üstünlüklər və innovasiyalar gətirsə də, kibertəhlükəsizlik üçün yeni problemlər də yaradır. IV Sənaye İnqilabının kibertəhlükəsizlik problemlərinə diqqət çəkən tədqiqatçı nəzərə çatdırıb ki, cihazların, sistemlərin və şəbəkələrin bir-birinə bağlı olması səbəbindən potensial kibertəhlükələr daha geniş spektri əhatə edir. Təhdidlər müxtəlif mənbələrdən, o cümlədən müdaxilə edənlər, daxili təhdidlər və digər ölkələr tərəfindən dəstəklənən hücumlar ola bilər. B.Nəbiyev, həmçinin kibertəhlükələrin təhlili və onlarla mübarizədə süni intellektin əhəmiyyəti, süni intellekt modellərindən yayınma və manipulyasiya, süni intellektin tətbiqi ilə bağlı qaydalar, yeni nəsil texnoloji həllərlə bağlı elmi ictimaiyyətdə və vətəndaş cəmiyyətində səslənən narahatlıqlar və s. barədə danışıb.

Məruzələrlə bağlı geniş fikir mübadiləsi aparılıb, təklif və tövsiyələr səsləndirilib.

Tədbirdə akademik Muxtar İmanov, eləcə də fəlsəfə elmləri doktoru Füzuli Qurbanov, filologiya elmləri doktoru Sərxan Xavəri və filologiya üzrə fəlsəfə doktoru, dosent Hikmət Quliyev çıxış edərək elmi seminarda təqdim olunan məruzələrin cəmiyyətimiz üçün olduqca aktual və maraqlı mövzulara həsr olunduğunu, əhəmiyyətli elmi problemlərə toxunulduğunu diqqətə çatdırıblar. Həmçinin akademik Rasim Əliquliyevin rəhbərliyi ilə İnformasiya Texnologiyaları İnstitutunda müxtəlif elm sahələri ilə birgə aparılan multidissiplinar tədqiqatları yüksək qiymətləndiriblər, bu istiqamətdə fəaliyyətin daha da genişləndirilməsi üçün lazımi kömək göstərməyə hazır olduqlarını qeyd ediblər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Yəmənin husilərin nəzarətində olan Səna şəhərinə bir neçə hava zərbələri endirilib

Media: İran Hörmüz boğazına tam nəzarət etdiyini nümayiş etdirməkdə qərarlıdır

İrakli Kobaxidze: Gürcüstan hər il müdafiə sisteminin gücləndirilməsinə yüz milyonlarla dollar xərcləyir

Fransada lisey şagirdi polis tərəfindən açılan atəşdən sonra bir gözünü itirib

Heqset: ABŞ İranın dəniz blokadasını lazım olduğu qədər davam etdirə bilər

İrakli Kobaxidze: TRIPP layihəsi Orta Dəhlizə rəqib deyil

Siyavuş Kərimi: Ümidvaram ki, "Cənnətin iqamətgahı” filmi beynəlxalq arenada da təqdim olunacaq

İsmayıl Kartal: Azərbaycan və Türkiyə iki dövlət, bir millətdir

Baş nazir: Keşikçidağ ərazisinin demarkasiyası və delimitasiyası üzərində dostcasına işləyirik

Kamran Qasımov: "Cənnətin iqamətgahı” Ordubadın zəngin tarixinin tanıdılmasında mühüm rol oynayacaq

Yoldaşlıq oyunu: "Fənərbağça" "Turan Tovuz"a qalib gəlib

Qazaxıstan teatr kollektivinin Şəkidəki çıxışı maraqla qarşılanıb

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

“BAKU JAZZ FESTIVAL-2026”: Caz bayramının 21 yaşı tamam olur

Türkiyə Prezidenti Şanlıurfadakı Azərbaycan bulvarında yeni yol qovşağının açılışını edib

Milli Aviasiya Akademiyası “ADEX 2026” – 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak edib

Ordubadın tarix və mədəniyyətinə ekran səyahəti – “Cənnətin iqamətgahı”

Suverenlikdən sonrakı mərhələ: VIII Qurultay nitqinin strateji hədəfləri və Azərbaycanın yeni güc formulu - ŞƏRH

Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir

Ölkəmizdə milli həmrəyliyi yarada biləcək ideologiya yalnız 1993-cü ildən sonra müəyyənləşdirildi – ŞƏRH

Bu saata olan əsas xəbərlər

Səadət Yusifova: Azərbaycanın mədəni irsinə dair yeni filmlər təqdim olunacaq

Yəməndə mülki şəxslər arasında itkilərin sayı 600-ü ötüb

Britaniyada enerji qiymətlərinin ağır qış böhranına səbəb ola biləcəyi barədə xəbərdarlıq edilib

Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər saxlanılıblar

Nəcəf hava limanından İrana gündəlik 40 uçuşa icazə verilib

Heydər Əliyev - Azərbaycanda inkişafın təməlini qoyan siyasi xadim - ŞƏRH

Britaniyada iki İran vətəndaşı terror planı ittihamı ilə məhkəmə qarşısına çıxarılıb

Qalib Qasımov: Qlobal təsirlərə qarşı ən güclü silahımız milli yaddaşımızdır

Sudanda 25-dən çox mülki şəxsin öldürüldüyü iddia edilir

Rəcəb Tayyib Ərdoğan: Ankaranın dostları nə qədər güclü olarsa, Türkiyə də bir o qədər qüdrətli olacaq

Qazaxda Motokros Çempionatının III mərhələsi keçirilib

Media: Efiopiya federal qüvvələri Mekele hava limanına nəzarəti geri qaytarıb

Xaricdə təhsil adı altında dələduzluq edən şəxs saxlanılıb

Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının püşkü atılıb

Ulu Öndərin dövlət idarəçiliyi konsepsiyasında hüquqi dövlət quruculuğu mühüm yer tuturdu ŞƏRH

Gültəkin Mustafayeva: Azərbaycanı təbliğ etmək bizim üçün şərəfdir

Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir: Dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA

Rusiya XİN xarici vətəndaşlara və diplomatlara Kiyevi yenidən tərk etməyi tövsiyə edib

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

“Fənərbağça” rəhbərliyi Ulu Öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

Elçin Məsiyev Millətlər Liqasının oyununa təyinat alıb

Geniş təfəkkürün ensiklopedik elmi baxışları

Nərimanov rayonunda oğurluq edənlər saxlanılıblar

Azərbaycanın uğurlarının əsasında Ulu Öndər Heydər Əliyevin siyasəti dayanır - ŞƏRH

UNEC THE Dünya Universitetləri Reytinqində dünya liderlərini geridə qoyub

Bakıda üzgüçülük üzrə Dünya Kubokunda Azərbaycan rekordları qeydə alınıb

Murad Hüseynov: İlyas Əfəndiyevin irsi həmişə müasir olaraq qalacaq

Professor Eva-Maria Aux: “Kitabi-Dədə Qorqud” Şərq və Qərb arasında möhkəm bir körpüdür VİDEO

Professor Eva-Maria Aux: “Kitabi-Dədə Qorqud” Şərq və Qərb arasında möhkəm bir körpüdür VİDEO

Polşa mətbuatı: Azərbaycan, Gürcüstan və Türkiyə Aralıq Dəhlizində yükdaşımaları sürətləndirməyi hədəfləyir

Günay Əfəndiyeva: İlyas Əfəndiyev öz əqidəsinə və dəyərlərimizə sadiq şəxsiyyət kimi yaddaşlarda yaşayır

Akademik Kamal Abdulla: Drezdendə “Kitabi-Dədə Qorqud”la bağlı simpoziumun keçirilməsi mühüm hadisədir VİDEO

Akademik Kamal Abdulla: Drezdendə “Kitabi-Dədə Qorqud”la bağlı simpoziumun keçirilməsi mühüm hadisədir VİDEO

Rüstəm Orucov: İki qızıl medalla rekordumuzu təkrarlaya bilərik

Drezden Kitabxanasının rəhbəri: “Kitabi-Dədə Qorqud” dastanına dair beynəlxalq tədbirə ev sahibliyi etməkdən məmnunuq VİDEO

Drezden Kitabxanasının rəhbəri: “Kitabi-Dədə Qorqud” dastanına dair beynəlxalq tədbirə ev sahibliyi etməkdən məmnunuq VİDEO

Drezdendə “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı beynəlxalq elmi simpozium keçirilib VİDEO

Drezdendə “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı beynəlxalq elmi simpozium keçirilib VİDEO

Silah səslərindən saz avazına: Suqovuşanın yeni həyatından  REPORTAJ  VİDEO

Silah səslərindən saz avazına: Suqovuşanın yeni həyatından REPORTAJ VİDEO

Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın möhkəm təməlini yaratdı - ŞƏRH

DİN: 68 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb

Torpaq sürüşməsi Quba-Xınalıq yolunu bağlayıb VİDEO

Torpaq sürüşməsi Quba-Xınalıq yolunu bağlayıb VİDEO

Türkiyə Prezidenti: Türk dövlətlərinin həmrəyliyinin sarsılmaz olaraq qalmasını arzulayıram

Ankarada kəlağayı ənənələrinə həsr olunmuş rəsm sərgisi açılıb

Azərbaycanın və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub

Almaniyada ölkənin yenidən birləşməsinin 36-cı ildönümü – Birlik Günü qeyd olunur

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı dövlətçilik siyasətinin yeni mərhələsidir - ŞƏRH

Orxan Səfərov: Cüdoda proqnoz vermək çətindir, lakin komandamızdan yüksək nəticə gözləyirik

Avropa təamları diplomatların təqdimatında: Bakıda Kulinariya Festivalı

İntensiv yağışlarla əlaqədar sukanal idarələri gücləndirilmiş rejimdə çalışır VİDEO

İntensiv yağışlarla əlaqədar sukanal idarələri gücləndirilmiş rejimdə çalışır VİDEO

YAP-ın VIII Qurultayı Azərbaycanın gələcək inkişaf prioritetlərinə işıq salır – ŞƏRH

Kubanıçbek Ömüralıyev: Bu gün Türk Dövlətləri Təşkilatı daha möhkəm təməllər üzərində dayanır

YAP-ın VIII Qurultayında qarşıya qoyulan vəzifələr gələcək uğurlar, zəfərlər üçün yol xəritəsidir ŞƏRH

Heydər Əliyevin siyasəti yaşayır, qalib gəlir və Azərbaycan xalqını xoşbəxt gələcəyə aparır - ŞƏRH

III Beynəlxalq Opera Festivalı Gəncədə sənətsevərləri bir araya gətirib

Bakının bəzi yollarında sürət həddi endirilib

Ümummilli Lider Heydər Əliyev idealları işığında dövlət, Vətən sevgisi ilə yaşamalı, çalışmalıyıq ŞƏRH

Azərbaycanın son illərdə beynəlxalq münasibətlər sistemində artan çəkisi təsadüfi proses deyil ŞƏRH

Ayxan Abbasov: Son oyundakı məyusluğu geridə qoyub, Litvaya qarşı daha yaxşı oynamalıyıq

Proqnoz: Bəzi yerlərdə yağış, dağlıq ərazilərdə isə qar yağacaq

Xalq yazıçısı İlyas Əfəndiyev vəfatının 30-cu ildönümündə məzarı başında anılıb

Suqovuşan və Talış zəfəri: Şimal cəbhəsində strateji üstünlüyü təmin edən əməliyyat VİDEO

Suqovuşan və Talış zəfəri: Şimal cəbhəsində strateji üstünlüyü təmin edən əməliyyat VİDEO

Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb VİDEO

Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb VİDEO

Tural Gəncəliyev: 3 oktyabr Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi yolunda tarixi dönüşün rəmzlərindəndir

Xalqın inamından tarixi Zəfərə ŞƏRH

“Yeni nəsil energetiklər: Şəbəkənin memarları” ümumrespublika yarışının daha bir regional turu geridə qalıb

Dubay-Ben-Qurion uçuş reysində terror aktına cəhd olub

3 oktyabr – dövlətçiliyimizin taleyini müəyyən edən tarixi seçim - ŞƏRH

Rusiya ordusunun hərbi və komanda məntəqələrinə hava zərbələri endirilib

Bakıda bir sıra yolötürücülərində gecə saatlarında instrumental müayinələr aparılacaq

Ulu Öndərin xarici siyasət kursunda milli maraqların qorunması əsas prinsip idi RƏY

Heydər Əliyev siyasi irsi Azərbaycanın siyasi və iqtisadi suverenliyinin möhkəm təməlidir – ŞƏRH

Suqovuşan qəsəbəsinə və Talış kəndinə köçürülən sakinlərdən 230-u məşğulluq tədbirlərinə cəlb edilib

ADY: Yağışlı və küləkli hava şəraitində dəmir yollarına nəzarət gücləndirilib

Vətəndaşlar “Açıq qapı” günü aksiyalarında pulsuz hüquqi yardımdan yararlanıblar

FHN Qaz Emalı Zavodunda yanğın-taktiki təlim keçirib

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 3 oktyabr

Qrız, Xınalıq, Qusar və Şahdağda qar yağır - Faktiki hava

“Ordunun Səsi Radiosu” - bir il sizinlə...

Azərbaycanın batut gimnastları beynəlxalq turnirdə 6 medal qazanıblar

“Turan Tovuz” və “Fənərbağça” bu gün 32 ildən sonra yenidən üz-üzə gələcək