CƏMİYYƏT
Suraxanıda adam öldürən şəxsin silsilə cinayətlər törətdiyi üzə çıxıb
Bakı, 29 sentyabr, AZƏRTAC
Suraxanıda qətl törədən şəxsin silsilə cinayətləri üzə çıxıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, qətl cinayəti törətdiyinə görə tutulmuş S.Mustafayev ilə bağlı Suraxanı Rayon Polis İdarəsinin 33-cü polis şöbəsinin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş M.İsrafilovla birgə 6 evdən pul, qızıl-zinət və məişət əşyaları oğurlaması da müəyyən edilib. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində M.İsrafilov da polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.