Suriya Mərkəzi Bankının sədri: Xarici borclanmaya getməyəcəyik
Qahirə, 5 iyul, AZƏRTAC
Suriya xarici borclanmaya getməyəcək, bunun üçün nə Beynəlxalq Valyuta Fondundan, nə də Dünya Bankından borc alacaq.
AZƏRTAC SANA xəbər agentliyinə istinadla bildirir ki, bunu Suriya Mərkəzi Bankının sədri Əbdülqadir əl-Husriyyə deyib.
Bank sədri qeyd edib ki, Suriya lirəsinin məzənnəsi 30% yaxşılaşıb. Əlavə edib ki, lirənin məzənnəsi nə dollara, nə də avroya bağlanacaq.
Əl-Husriyyə vurğulayıb ki, hökumət yüksək faizlərə və riskli investisiya təkliflərinə arxalanmadan istehsal və ixracata əsaslanan sağlam iqtisadiyyat qurmağa çalışır. O, həmçinin qeyd edib ki, artıq sərmayə mühiti sabit gəlir təmin etməyə imkan verir, çünki Suriya iqtisadiyyatı yetmiş ildən sonra ilk dəfə olaraq bütün sektorlarında tam fəaliyyətini bərpa mərhələsinə qədəm qoyub.
Sədr diqqətə çatdırıb ki, Suriyada banklardakı əmanətləri sığortalamaq üçün yeni qurum yaradılacaq. Xaricdə yaşayan suriyalılar üçün ipoteka kreditləri də təmin ediləcək. Mərkəzi Bank rəhbəri izah edib ki, Suriya artıq yeni bir maliyyə və bank açılımı mərhələsinə qədəm qoyub və uzun illər təcriddə olan maliyyə sektoru dirçəlməyə başlayıb. Belə ki, 2012-ci ildən bəri ilk dəfə olaraq birbaşa və dolayı pul köçürmələri bərpa edilib və beynəlxalq “SWIFT” sisteminə çıxış yenidən təmin olunur.
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [19:10]
Çin süni intellektə 255 milyard avro sərmayə yatırmağı planlaşdırır
- 09.06.2026 [18:42]
Yaponiyada icazəsiz tikilən məscidin sökülməsinə dair qərar verilib
- 09.06.2026 [17:56]
Almaniyada siyasi motivli cinayətlərin sayı ən yüksək səviyyəyə çatıb
- 09.06.2026 [17:26]
ABŞ Federal məhkəməsi H-1B vizaları üçün yüz min dollarlıq rüsumu ləğv edib
- 09.06.2026 [17:22]
Apple “Siri”nin süni intellekt əsaslı yeni versiyasını təqdim edib
- 09.06.2026 [16:33]
Nigeriyada vəbadan ölənlərin sayı 74-ə çatıb
- 09.06.2026 [16:21]