Şuşada keçirilən dünya qadın seriyasının mərhələ yarışının yarımfinalçıları müəyyənləşib
Şuşa, 13 iyun, Leyla Muradzadə, AZƏRTAC
3x3 basketbol üzrə dünya qadın seriyasının Şuşa mərhələsinin yarımfinalçıları müəyyənləşib.
AZƏRTAC xəbər verir ki, Almaniya milli komandası dörddəbir final mərhələsi çərçivəsində Yaponiyanın G FLOU klubu ilə qarşılaşıb. Rəqibini 22:16 hesabı ilə məğlub edən Almaniya seçməsi yarımfinala adlayıb.
Yarımfinalda Macarıstan millisi Bakının “Neftçi” klubu, Almaniya seçməsi isə Niderland yığması ilə qarşılaşacaq.
Reqlamentə əsasən, qruplarda birinci yeri tutmuş komandalar birbaşa yarımfinal mərhələsinə yüksəliblər. Qruplarda ikinci və üçüncü yerin sahibləri isə bir-biriləri ilə çarpaz şəkildə dörddəbir final mərhələsində üz-üzə gəliblər.
Qeyd edək ki, dünya qadın seriyasında Şuşa mərhələsinin oyunları “CBC Sport” telekanalı vasitəsilə də canlı yayımlanır.