TACİKİSTAN PREZİDENTİ AZƏRBAYCANIN BAŞ NAZİRİ İLƏ GÖRÜŞMÜŞDÜR
Avqustun 14-də Tacikistan Prezidenti Emoməli Rəhmon onun üçün ayrılmış iqamətgahda - “Ulduz” sarayında Azərbaycanın Baş naziri Artur Rasizadə ilə görüşmüşdür.
Tacikistan dövlətinin başçısı səfərinin gedişindən, Azərbaycan Prezidenti İlham Əliyevlə danışıqlarından razı qaldığını bildirərək qeyd etmişdir ki, bütün bunlar iki ölkə arasında münasibətlərin dərinləşməsinə, müştərək qarşılıqlı faydalı iqtisadi layihələrin həyata keçirilməsinə, əmtəə dövriyyəsinin artmasına yeni təkan verəcəkdir.
Azərbaycanın Baş naziri iqtisadi sahədə ikitərəfli əlaqələrin fəallaşdırılmasının zəruri olmasını vurğulayaraq bildirmişdir ki, bu, hər iki dövlətin mənafelərinə xidmət edir.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparılmışdır.