Tacikistanda prezident seçkiləri: İlk saatlar ərzində seçicilərin 40 faizi səs vermişdir
Bakı, 6 noyabr (AZƏRTAC). Tacikistanda prezident seçkilərində səsvermənin gedişi haqqında ilk məlumatlar elan edilmişdir. Mərkəzi Seçki Komissiyasının məlumatına görə, seçki məntəqələri açılan andan keçən ilk 4 saat ərzində 1 milyon 690 min 561 min nəfər və ya bütün seçicilərin 40,1 faizi səs vermişdir.
Seçkilər sakit keçir, səsvermə başlayandan sonrakı ilk dörd saat ərzində MSK-ya heç bir şikayət daxil olmamışdır.
Bu barədə Tacikistan Mərkəzi Seçki Komissiyasının sədri Şermühəmməd Şohien məlumat vermişdir.
Ali dövlət vəzifəsinə altı nəfər namizəd arasında indiki Prezident Emoməli Rəhmon da vardır. Analitiklərin ümumi fikrinə görə, Tacikistana artıq 21 il rəhbərlik edən bu siyasətçi seçkilərin elə ilk turunda qalib gəlmək üçün zəruri olan 50 faizdən çox səs toplayacaqdır.
Ekspertlərin fikrincə, ali dövləti vəzifəyə əsas namizəd olan Prezident Emoməli Rəhmonun real opponenti yoxdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [22:27]
FTB Ağ Ev yaxınlığında planlaşdırılan terror hücumlarının qarşısını alıb
- 16.06.2026 [21:40]
NATO hava hücumundan müdafiə sistemini İtaliyadan Türkiyəyə köçürəcək
- 16.06.2026 [21:30]
Putin Kazanda Türkiyənin xarici işlər naziri ilə görüşəcək
- 16.06.2026 [17:29]
İsveç dövləti Kosta işi ilə bağlı həkimlərə təzminat ödəyəcək
- 16.06.2026 [17:04]