TAEKVONDO ÜZRƏ AZƏRBAYCAN ÇEMPİONATI BAŞLAMIŞDIR
Bakı, 24 yanvar (AZƏRTAC). «ABU Arena» idman kompleksində taekvondo üzrə Azərbaycan çempionatı start götürmüşdür.
Yarışda respublikamızın bütün bölgələrini təmsil edən 500-dək oğlan və qız idmançı mübarizə aparır.
Turnirin açılış mərasimində çıxış edən Azərbaycan Taekvondo Federasiyasınnın birinci vitse-prezidenti Füzuli Musayev yarışın artıq 19-cu dəfə keçirildiyini söylədi. F.Musayev bu yarışda gənc idmançıların beynəlxalq arenalarda öz sözünü demiş taekvondoçularla baş-başa mübarizə aparmasını xüsusi vurğulayaraq, ölkəmizdə idmanın bu növünün ilbəil inkişaf etdiyini söylədi. Azərbaycan idmançılarının Olimpiya Oyunlarında qazandığı uğurları xatırladan ATF-nin rəsmisi növbəti oyunlarda Azərbaycan taekvondoçularının da Olimpiya medalını qazanacağına ümidini bildirdi.
Gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov isə Azərbaycanda idmanın inkişafını vurğulayaraq, ölkəmizdə bu sahəyə xüsusi diqqət yetirildiyini söylədi.
Azərbaycanın Dövlət himni səsləndirildikdən sonra yarış final qarşılaşmaları ilə davam etdi.
Yanvarın 25-də qızlar arasında qaliblər müəyyənləşdikdən sonra ölkə çempionatı başa çatacaqdır.
######
![]() |
![]() |
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [13:41]
Formula 1 yarışları yenidən Afrika qitəsinə qayıdır
- 13.10.2026 [13:27]
UEFA-dan Əliyar Ağayeva növbəti təyinat
- 13.10.2026 [13:23]
Azərbaycan Avropa Stolüstü Tennis Birliyinin konqresində təmsil olunur
- 13.10.2026 [13:11]

