Azərbaycan Dövlət İnformasiya Agentliyi

Talan edilmiş sənət əsərləri ilə bağlı Avropada yeni debat hansı perspektivləri vəd edir?

Talan edilmiş sənət əsərləri ilə bağlı Avropada yeni debat hansı perspektivləri vəd edir?

Vyana, 16 may, AZƏRTAC

Avropa ölkələrində tarix, incəsənət və etnoqrafiya muzeylərini gəzərkən ilk növbədə həmin ölkənin öz tarix və incəsənətinə aid olmayan, dünyanın müxtəlif guşələrindən gətirilmiş eksponat və incəsənət əsərləri diqqəti özünə çəkir. Kolonializm dövründə talan edilmiş bu mədəni irsin restitusiyası isə zaman-zaman geniş debatlara səbəb olub.

AZƏRTAC xəbər verir ki, bu günlərdə çapdan çıxmış 850 səhifəlik “Qənimət” adlı elmi araşdırmalar toplusu yeni debatların elmi müstəvidə əsas sütunu sayıla bilər. Bu debatlarda əsas fiqurlardan biri olan fransalı incəsənət tarixçisi, talan edilmiş incəsənət üzrə ekspert Benedikt Savuanın öz həmkarları ilə qələmə aldığı kitab yaxın gələcəkdə yeni dalğanın güclənəcəyini deməyə əsas verir.

Avstriya Teleradiosuna müsahibə verən B. Savua bildirib ki, təkcə Afrikanın mədəni irsinin 85-90 faizi Avropa muzeylərində saxlanılır. Bu irslə necə rəftar olunması, restitusiya edilməsi, olduğu kimi saxlanması, yoxsa yalnız daimi icarə əsasında həmin ölkələrin sərəncamına verilməsi məsələsində fikir ayrılığı mövcuddur. Almaniyanın bir müddət əvvəl Benin bürünc fiqurlarının bir hissəsini Benin dövlətinə geri qaytarması isə müsbət inkişaf, eyni zamanda, vaxtı çoxdan çatmış qərardır.

Berlin Texniki Universiteti və Paris Sorbon Universitetində çalışan professor Savua hazırda öz aydın mövqeyi və ekspertiza qabiliyyəti ilə Avropanın bir sıra etnoqrafiya muzeylərinin direktorlarının qorxunc yuxusuna çevrilib. Onun 2018-ci ildə seneqallı alim Felvin Sarr ilə apardığı tədqiqatlar və bu tədqiqatların nəticəsində qələmə aldığı “Afrikanın öz incəsənət uğrunda mübarizəsi” kitabı Afrikanın mədəni irsinin geri qaytarılması istiqamətində yazılmış sanballı əsərlərdən biridir.

B.Savua müsahibəsində bildirib ki, Avropadakı hazırkı diskussiyalar heç də yeni sayıla bilməz. Ötən əsrin 60-cı illərində kolonializmdən azad olan Afrika dövlətləri əsrlər boyu qəsb edilən mədəni irsin geri qaytarılması tələbi ilə çıxış edirdilər və Avropada onların tələblərini dəstəkləyənlər az deyildi. Lakin Avropa ölkələrində bu tələblər müxtəlif yollarla “zərərsizləşdirildi”, Afrika və dünyanın digər ölkələrindən incəsənət nümunələrinin Avropaya daşınması incəsənətin məhvdən qorunması, elmi tədqiqat və geniş kütlələr tərəfindən tanınması nöqteyi-nəzərindən düzgün addım kimi qələmə verildi.

Müəllif şəkilli atlas və antologiyadan ibarət olan, eramızdan əvvəl 600-cü ildən 2015-ci ilədək dövrü əhatə edən “Qənimət” kitabında Avropa ölkələrində “elm və ictimaiyyət naminə xilaskarlıq” nəzəriyyəsinin qəsbkarlıq, kolonializm, zor və alçaltmadan başqa bir ad daşımadığını bildirir. Qeyd edilir ki, istər Amerikanın kəşfindən sonrakı qəsbkarlıq yürüşləri, istər Afrikada kolonializm dövründə mədəni irsin talan edilməsi, istərsə elmi ekspedisiyaların müxtəlif eksponatları “məhv olmaqdan xilas etməsi”, istərsə də müharibələr zamanı qalib tərəfin muzey və qalereyaları öz ölkəsinə daşıması nəticə etibarilə eyni məfhumun fərqli təzahür formalarıdır. Bu kontekstdə müəllif Napoleon Bonopartın Afrikada incəsənət əsərlərinin talan edilməsinə verdiyi açıqlamanı da diqqətə çatdırır: “Afrikada ki, muzey yoxdur!”

Əsasən Afrika üzrə ixtisaslaşan, lakin kitabında dünyanın digər regionlarını da əhatə etməyə çalışan B.Savuanın “Qənimət” kitabı ətrafında yaranmış araşdırma qrupunun fəaliyyəti olduqca əlamətdar hadisədir. Bir tərəfdən maddi və mədəni irsin restitusiyası mövzusu tarixi ədalətin bərpasını təmin edə və başqalarına haqq-ədalət və demokratiya dərsi keçənlərin üzünə sərt sillə ola, digər tərəfdən isə tarixin alt qatlarında qalan talançılığın bu gün də davam edən müasir formalarına qarşı mübarizəyə və onun ictimailəşməsinə müsbət impuls verə bilər.

Azərbaycan həm tarixi kontekstdə, həm də müasir dövrdə üzləşdiyi işğal və talan kontekstində bu cür səylərin mərkəzində dayanmağı haqq edən ölkədir. Ötən əsrin əvvəllərindən indiyədək mifik "böyük Ermənistan" ideyasının gerçəkləşdirilməsi məqsədilə on minlərlə azərbaycanlı məhz etnik və dini mənsubiyyətinə görə qətlə yetirilib, yaşayış məntəqələri dağıdılıb, mədəniyyət abidələri, məscid və qəbiristanlıqlar yerlə-yeksan edilib.

Bəşər sivilizasiyasının meydana gəldiyi ərazilərdən biri olan Azərbaycanın maddi-mədəniyyət abidələrinin zənginliyi ilə seçilən Qarabağ bölgəsinin Ermənistan tərəfindən işğalı nəticəsində maddi-mədəni irs məhv edilib. İlk insan məskənlərindən olmuş məşhur Azıx və Tağlar mağaraları, kurqanlar və arxeoloji qazıntı məkanlarında ciddi-cəhdlə “qədim erməni izləri”ni axtaran erməni “alimləri” burada qarət etdikləri tapıntıları Ermənistana daşıyıblar, bu və digər məkanlarda arxeoloji qazıntılar aparmaqla beynəlxalq hüquq normalarına saymazyana münasibət nümayiş etdiriblər. Beş minə yaxın eksponatı olan Şuşa Tarix Muzeyi, Dövlət Xalça Muzeyinin filialı və Xalq Tətbiqi Sənəti Muzeyi, Qarabağ Dövlət Tarix Muzeyi, həmçinin Laçın rayonundakı Ağoğlan məbədi, Xocalıdakı Əsgəran qalası, Kəlbəcər Tarix Muzeyinin və digər mədəniyyət ocaqlarının, rəsm qalereyalarının bənzərsiz ekspozisiyaları da dağıdılıb və talan olunub, müqəddəs məbəd və məscidlər təhqir edilib, kitabxanalar yandırılıb, misilsiz əlyazma nümunələri məhv edilib.

Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusu 44 günlük müharibədə Azərbaycan torpaqlarını düşmən tapdağından azad etdikdən sonra Ermənistanın Azərbaycana vurduğu ziyanın miqyası tədricən ortaya çıxır, bütün bu cinayət əməlləri foto və videofaktlar əsasında sənədləşdirilir. Azərbaycanın Qarabağ bölgəsindəki abidələrin dağıdılaraq məhv edilməsi nəticəsində dəymiş ziyanı bəlkə də ekspertlər nə zamansa müəyyən edə biləcəklər, lakin Azərbaycan xalqına dəymiş mənəvi zərərin miqyasını təyin etmək heç zaman mümkün olmayacaqdır. Belə ki, talan olunmuş və məhv edilmiş mədəni-tarixi abidələr təkcə Azərbaycanın yox, həm də dünya sivilizasiyasının çox dəyərli mədəniyyət nümunələri idi.

Məhz bu səbəbdən də Benedikt Savua kimi elm xadimlərinin araşdırmaları və elmi müstəvidə başlatdıqları diskussiyalar dünyada talan olunmuş mədəni sərvətlər mövzusuna həssaslığı artıra bilər. İstər bu kimi elmi fəaliyyət, istərsə beynəlxalq hüququn norma və prinsipləri, xüsusilə də “Silahlı münaqişələr zamanı mədəni sərvətlərin qorunması haqqında“ 1954-cü il Haaqa Konvensiyası, 1954-cü il tarixli Avropa Mədəniyyət Konvensiyası, 16 noyabr 1972-ci il tarixli UNESCO-nun "Ümumdünya mədəni və təbii irsin qorunması haqqında" Konvensiyası və BMT-nin 2001-ci ildə qəbul etdiyi "Beynəlxalq hüquqazidd əməllərə görə dövlətlərin məsuliyyəti" qətnaməsi Azərbaycanın talan olunmuş mədəni irsinin restitusiya edilməsi və dəymiş zərərin beynəlxalq hüquqazidd əməli törədən ölkə tərəfindən ödənməsi üçün möhkəm hüquqi baza mövcuddur.

Elgün Niftəli

AZƏRTAC-ın xüsusi müxbiri

Vyana 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Böyük Britaniya Ukraynaya çoxməqsədli raketlərin tədarükünü sürətləndirəcək

Konqoda “Ebola” virusundan ölənlərin sayı 4300 nəfəri ötüb

“Politico”: Trampın yaxın vaxtlarda Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməsi gözlənilmir

“Forbes”: İlon Mask yenidən trilyonçu statusunu itirib

ABŞ şirkəti Ukrayna üçün Avropada “Patriot” raketləri istehsal edə bilər

FTB “OpenAI” əməkdaşını ofisdə dinləmə cihazı yerləşdirdiyinə görə həbs edib

Marko Rubio Özbəkistanda C5+1 formatında nazirlər görüşündə iştirak edəcək

Ukrayna hərbi ehtiyaclar üçün əlavə 1,33 milyard dollar ayırıb

Papa XIV Leonun ağciyərindən bədxassəli şiş çıxarılıb

Çempionlar Liqası: “Qalatasaray” “Barselona”ya məğlub olub

Corc Vaşinqtonun prezidentliyi dövrünə aid sikkə hərracda 2,9 milyon dollara satılıb

Koalisiya qüvvələri Yəməndə husilərin yanacaq anbarlarına zərbələr endirib

Meksika qəzetində azərbaycanlı rəssamın sərgisindən bəhs edən məqalə dərc olunub

“Sabah”ın baş məşqçisi: Futbolçularım xarakter və əzmkarlıq göstərdilər

Çexiya klubunun baş məşqçisi: “Sabah” bizi meydanın mərkəzində üstələdi

“Sabah”ın hücumçusu “Slaviya” ilə matçın oyunçusu seçilib

Çempionlar Liqası: “Sabah” liqa mərhələsində ilk qələbəsini qazanıb – YENİLƏNİB 4

Anatoli Livşits: Dəniz, relyef və şəhər tikililərinin vəhdəti Bakının özünəməxsus memarlıq görkəmini formalaşdırır

Kambocanın Baş naziri Müdafiə Sənayesi Nazirliyinin müəssisələrini ziyarət edib VİDEO

Kambocanın Baş naziri Müdafiə Sənayesi Nazirliyinin müəssisələrini ziyarət edib VİDEO

Böyük Britaniyada yaradılan yeni iş yerlərinin 80 faizi miqrantların payına düşüb

Luvr muzeyinin qarətindən bir il keçir: oğurlanmış kral xəzinəsinin taleyi hələ də müəmmalıdır

Bakının iki ərazisində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq

“Baku Jazz Festival-2026”: Xarici musiqiçilərin təəssüratları

Azərbaycan Mədəniyyəti FAO-nun Baş qərargahında təqdim olunub

Avropa Kuboku: “Gəncə” Yunanıstan klubuna uduzub

Avropa İttifaqı ilə Körfəz ölkələri strateji tərəfdaşlığı gücləndirməyi müzakirə edəcəklər

Cəbrayılın Şükürbəyli kəndində əmək yarmarkası olacaq

Ombudsman Səbinə Əliyeva vətəndaşları dinləyib

Asiya İnkişaf Bankının Azərbaycan üzrə direktoru Naxçıvana səfər edib

Azərbaycan modelçiləri “Ankara Model Show 2026” sərgisində mükafatlar qazanıblar

Tramp husilərə xəbərdarlıq edib

ABŞ Prezidenti: ABŞ İranla bağlı çox yaxın zamanda qərar verəcək

Tramp: ABŞ Ukrayna ilə kəşfiyyat məlumatlarını paylaşmağa davam edir

Londonda “Arşın mal alan” filminin nümayişi olub

Azərbaycanın Macarıstandakı yeni səfiri etimadnaməsini təqdim edib

Bu saata olan əsas xəbərlər

Məktəbli geyimi, sadəcə bir forma deyil…

Zaqatalada Bəkməz çayının üzərindəki qəzalı körpü bərpa olunacaq VİDEO

Zaqatalada Bəkməz çayının üzərindəki qəzalı körpü bərpa olunacaq VİDEO

Naxçıvan şəhərində məhəllədaxili yollar asfaltlanır VİDEO

Naxçıvan şəhərində məhəllədaxili yollar asfaltlanır VİDEO

Çempionlar Liqası: “Sabah” və “Slaviya Praqa”nın start heyətləri açıqlanıb

Frontex və Avropa Kosmik Agentliyi peyk məlumatlarından istifadəyə dair əməkdaşlığı genişləndirir

Azərbaycanda vahid məktəbli geyimi VİDEO

Azərbaycanda vahid məktəbli geyimi VİDEO

Laos Prezidenti Milli Məclisdə olub

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyəti beynəlxalq simpoziumda iştirak edib

Faiq İsmayılov: Ənənəvi baş örtüklərimizi eyniləşdirib hamısını hicab adlandırmaq doğru deyil

AMEA-da yeni rəqəmsal hesabat modeli tətbiq edilir

Mərkəzi Bank: Sığorta sektorunun zərərlilik dərəcəsi artıb

Birinci yarımildə investisiya şirkətlərinin aktivləri 123 milyon manat olub

Mərkəzi Bank: İpoteka portfeli üzrə QİK əmsalı aşağı səviyyədədir

Şotlandiyada stadionlarda alkoqol qəbuluna yenidən icazə verilib

AMB: Bank sektoru üzrə kredit riskləri idarə olunan səviyyədədir

Türk ekspert: Azərbaycan və Türkiyə regional sülhün və Türk dünyasının parlaq gələcəyinin sarsılmaz təminatıdır

Azərbaycanın sabitliyi və əmin-amanlığı hər bir vətəndaşın məsuliyyətidir – RƏY

Deputat: Azərbaycan dünyanın müxtəlif regionlarında yerləşən dövlətlərlə əlaqələrini daha da genişləndirir

Türkiyə Prezidenti Səudiyyə Ərəbistanı ilə həmrəy olduğunu bəyan edib

Qazaxıstan ərazisindən tranzit yükdaşımaların həcmi 13 faizdən çox artıb

Vahid geyim qaydaları məktəb mədəniyyətinin möhkəmlənməsinə töhfə verir - Sənan Həsənov

ABŞ-nin Yunanıstandakı səfirindən istefa verməsi tələb edilib

Azərbaycanın dünyəvi təhsil modeli hədəfdə: İdeoloji mübarizənin pərdəarxası - TƏHLİL

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb

Kamboca Krallığının birinci xanımı Piç Çanmoni İçərişəhərlə tanış olub

Təkrarsığortaya ötürülən təkrarsığorta haqları 74 milyon manat olub

Mərkəzi Bank: Əhalinin borc yükü artıb

Yarım ildə bank sektoru üzrə 62 milyon manat silinmə baş verib

BSU Şumen Universiteti ilə əməkdaşlığa dair memorandum imzalayıb

Şəhid övladları üçün Zəfər Muzeyinə ekskursiya təşkil edilib

Çin atom elektrik stansiyalarından enerji alan dünyanın ilk ultra yüksəkgərginlikli elektrik şəbəkəsini istismara verib

İşğaldan azad edilmiş ərazilərdə 100 minə yaxın insan məskunlaşıb

Səudiyyə Ərəbistanı neft hasilatındakı itkiləri bərpa edir

İqtisadi Şuranın növbəti iclası olub

Daha bir neçə avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib

Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı tarixi nitqi ADU-da gələcək inkişafın yol xəritəsi kimi

Beynəlxalq Cüdo Federasiyasının prezidenti dünya çempionatının yüksək səviyyədə təşkilinə görə Azərbaycana təşəkkür edib

Xaçmazda qəhvəyi mərmər bağacığına qarşı mübarizə tədbirləri ilə bağlı növbəti iclas baş tutub

Cənubi Afrikada aclıq son 15 ilin ən yüksək səviyyəsinə çatıb - ARAŞDIRMA

Qlobal avtomobil bazarında yeni minik avtomobillərinin qeydiyyatı 5 faizədək azalıb

BDU əməkdaşlarının rəqəmsal bacarıqları inkişaf etdirilir

AzTU tələbələri təhsil kreditləri barədə məlumatlandırılıb

QMİ sədri: Bəzi insanlardan dövlətə qarşı istifadə etmək istəyənlər var

Azərbaycanın müdafiə naziri Kamboca Krallığının Baş naziri ilə görüşüb

Asim Xudiyev UEFA-dan təyinat alıb

Azərbaycanın çoxşaxəli siyasəti: Bakı niyə daha böyük strateji əhəmiyyət qazanır?

Sentyabrda İqtisadiyyat Nazirliyinin Çağrı Mərkəzinə 40 min 702 müraciət daxil olub

Vətən və bayraq sevgisi ilə böyüyən qəhrəmanın son döyüşü VİDEO

Vətən və bayraq sevgisi ilə böyüyən qəhrəmanın son döyüşü VİDEO

Süni intellekt xidmətlərinin adından istifadə edən yeni fişinq kampaniyası aşkarlanıb – Xəbərdarlıq

Təhsil müəssisələrində geyim mədəniyyəti: dünyəvi prinsiplər və peşəkar nümunə

Neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 31 faizədək artıb

® “Kapital Bank”ın xalis mənfəəti 2026-cı ilin ilk 9 ayında 29,6 faiz artıb

Gömrükçülər külli miqdarda dərman vasitələri aşkarlayıblar

Allahşükür Paşazadə: Azərbaycanda müsəlmanların təzyiqə məruz qalması tamamilə yalandır

İran münaqişə dövründə 5 milyon tondan çox neft məhsulları ixrac edib

XİN Azərbaycan vətəndaşlarını Qara dəniz və Azov dənizi akvatoriyalarında gəmilərdə əmək fəaliyyəti ilə məşğul olmaqdan çəkinməyə çağırıb

UEFA Gənclər Liqası: “Sabah”ın U-19 komandası Çexiya klubuna uduzub

Azərbaycan və Laos prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB VİDEO

Şeyxülislam: Bizi bəzi dövlətlərlə qarşıdurmaya sürükləmək istəyən qüvvələr var

MEK-də Hənəfi Zeynallının xatirəsinə həsr olunmuş sərgi açılıb

BVF: Süni intellekt şirkətlərinin səhmlərinin ucuzlaşması maliyyə sabitliyini təhdid edir

Deputat: Məktəb dünyəvi təhsilin, milli dəyərlərin və ideoloji təhlükəsizliyin əsas dayağıdır

Gürcüstan rəqəmsal milli valyutanın buraxılmasına qanunvericilik səviyyəsində icazə verəcək

Qazaxıstanlı ekspert : Özəl sektorun sərmayələri Orta Dəhlizin nəqliyyat potensialını gücləndirir