TALLİNNDƏ MÜSTƏQİLLİK UĞRUNDA MÜBARİZƏ ABİDƏSİNİ ZİYARƏT
Tallinn, 7 aprel (AZƏRTAC). Xüsusi müxbirimiz xəbər verir ki, Estoniyada dövlət səfərində olan Azərbaycan Prezidenti İlham Əliyev aprelin 7-də Tallinndəkı Vabaduze meydanına gələrək, Müstəqillik uğrunda mübarizə abidəsini ziyarət etmişdir.
Burada dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Hərbi orkestrin ifasında Azərbaycanın və Estoniyanın dövlət himnləri səsləndirildi.
Prezident İlham Əliyev abidənin önünə əklil qoydu və Estoniyanın müstəqilliyi uğrunda həlak olmuş azadlıq mübarizlərinin xatirəsini yad etdi.
######
![]() |
![]() |
![]() |
![]() |



