TALLİNNİN LENNART MERİ ADINA BEYNƏLXALQ HAVA LİMANINDA QARŞILANMA
Tallinn, 6 aprel (AZƏRTAC). Xüsusi müxbirimiz xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 6-da Estoniyaya dövlət səfərinə gəlmişdir.
Azərbaycanın və Estoniyanın dövlət bayraqları ilə bəzədilmiş Tallinnin Lennart Meri adına Beynəlxalq hava limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Prezident İlham Əliyevi və xanımı Mehriban Əliyevanı Estoniyanın yüksək vəzifəli rəsmi şəxsləri böyük hörmət və ehtiramla qarşıladılar.
Mehriban xanım Əliyevaya gül dəstəsi təqdim olundu.
######
