Tanzaniyada baş verən yol qəzasında 15 nəfər ölüb

Bakı, 25 fevral, AZƏRTAC
Tanzaniyanın şimalındakı Aruşa şəhərində dörd avtomobilin iştirakı ilə baş verən yol qəzası nəticəsində 3-ü əcnəbi olmaqla, azı 15 nəfər ölüb, 12 nəfər ağır yaralanıb.
AZƏRTAC Sinxua Agentliyinə istinadla xəbər verir ki, bunu yerli polisin nümayəndəsi bildirib.
Aruşanın regional komissarı Justine Masejo qəzanın yük maşınının əyləcinin nasazlığı səbəbindən baş verdiyini, daha sonra üç avtomobillə toqquşduğunu söyləyib. Həmin avtomobillərdən biri məktəb şagirdlərini və müəllimləri daşıyırmış. Digəri isə sərnişin avtobusu olub.
Onun sözlərinə görə, yaralananlar xəstəxanalara yerləşdiriliblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.06.2025 [15:34]
Donald Tramp İsraili İran ərazisinə zərbələri dayandırmağa çağırıb
- 24.06.2025 [15:19]
Media: Zelenski və Trampın NATO sammitində görüşü planlaşdırılır
- 24.06.2025 [15:16]
NATO-nun Baş katibi Türkiyənin müdafiə sənayesini yüksək qiymətləndirib
- 24.06.2025 [14:52]