Tanzaniyada dəniz tısbağasının ətindən zəhərlənən 8 uşaq ölüb
Bakı, 9 mart, AZƏRTAC
Tanzaniyanın Pemba adasında dəniz tısbağasının ətini yedikdən sonra 8 uşaq ölüb, 78 nəfər isə zəhərlənmə diaqnozu ilə xəstəxanalara aparılıb.
AZƏRTAC “The Citizen” qəzetinə istinadla xəbər verir ki, tibbi müayinə nəticəsində uşaqların dəniz tısbağasının ətindən zəhərlənərək öldükləri təsdiqlənib. Zəhərlənənlər qorxduqları üçün xəstəxanalara gec müraciət ediblər. Hadisə ilə bağlı araşdırmalar davam edir.
Bu, ilk belə hadisə deyil. 2023-cü ilin mart ayında Tanzaniyanın Hind okeanındakı Mafiya adasında dəniz tısbağası əti yeyən yeddi nəfər ölmüşdü. Tanzaniya rəsmiləri dəniz tısbağasının ətinin zəhərli olduğunu bildirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.09.2026 [20:15]
Rəcəb Tayyib Ərdoğan: Türk Dövlətləri Təşkilatı ildən-ilə güclənir
- 22.09.2026 [20:14]
Türkiyə Prezidenti: BMT Təhlükəsizlik Şurasında mütləq islahat aparılmalıdır
- 22.09.2026 [19:36]
BMT-nin Baş katibi: İqlim təhlükələri realdır, lakin ümid də var
- 22.09.2026 [19:17]