ELM VƏ TƏHSİL
Tarix İnstitutunda Ümummilli Lider Heydər Əliyevə həsr edilmiş tədbir
![](/files/galleryphoto/2023/2/1200x630/1684506350549326026_1200x630.jpg)
![](/files/galleryphoto/2023/2/1200x630/168450635066547573_1200x630.jpg)
![](/files/galleryphoto/2023/2/1200x630/16845063505961861084_1200x630.jpg)
![](/files/galleryphoto/2023/2/1200x630/1684506350720629126_1200x630.jpg)
![](/files/galleryphoto/2023/2/1200x630/16845063504808825115_1200x630.jpg)
![](/files/galleryphoto/2023/2/1200x630/16845063503492941893_1200x630.jpg)
![](/files/galleryphoto/2023/2/1200x630/16845063502811349009_1200x630.jpg)
![](/files/galleryphoto/2023/2/1200x630/16845063502222149996_1200x630.jpg)
Bakı, 19 may, AZƏRTAC
AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun YAP ərazi partiya təşkilatı “Heydər Əliyev-100” adlı tədbir keçirib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, tədbirdə Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən videotəqdimat nümayiş edilib.
Ulu Öndər Heydər Əliyevin dövlətçilik tarixində rolu haqqında institutun icraçı direktoru İlqar Niftəliyev, gənclərin vətənpərvərlik tərbiyəsində Ulu Öndər Heydər Əliyevin rolu haqqında tarix üzrə fəlsəfə doktoru Leyla Hüseynova çıxış edib. Əliyevşünaslıq şöbəsinin müdiri tarix elmləri doktoru Ədalət Qasımov, Qərbi Azərbaycan tarixi şöbəsinin müdiri tarix üzrə fəlsəfə doktoru Cəbi Bəhramov çıxış edərək Heydər Əliyevin 100 illik yubileyinin keçirilməsinin müstəsna əhəmiyyətindən danışıblar. Bildiriblər ki, tarixi ərazilərimizdə dövlətçiliyin müasir mərhələsinin yaradılması, vətəndaş cəmiyyəti quruculuğu Ulu Öndərin adı ilə bağlıdır. Qeyd ediblər ki, bu gün Qafqazın lider dövlətinə çevrilmiş Azərbaycan Respublikası Heydər Əliyev ideyalarının təntənəsidir.