Tarix İnstitutunun əməkdaşı Polşanın impakt faktorlu jurnalının Elmi şurasına dəvət alıb
Bakı, 23 iyun, AZƏRTAC
AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun “Azərbaycanın Sovet dövrü tarixi” şöbəsinin müdiri, tarix elmləri doktoru, professor İkram Ağasiyev Polşanın nüfuzlu “Polonia Moior Orientalis” jurnalının Elmi şurasına dəvət alıb və Şuraya daxil edilib. Həmin jurnal 2014-cü ildən Polşanın Kaliş şəhərində Tarixsevərlər Cəmiyyəti tərəfindən nəşr edilir.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, impakt faktorlu jurnal “ERIH PLUS”, “Index Kopernicus”, “BazHum”, “POL-index”, “Arianta” kimi elmi verilənlər bazasında indeksləşdirilir.