Tarix Muzeyi: “XXIV Beynəlxalq Astronavtika Konqresi”nin plakatı yeni ekspozisiyada nümayiş olunacaq
Bakı, 6 oktyabr, AZƏRTAC
Əlli il bundan öncə, 1973-cü ilin oktyabr ayında Bakıda Beynəlxalq Astronavtika Federasiyası tərəfindən keçirilmiş “XXIV Beynəlxalq Astronavtika Konqresi”nin ilk plakatı Milli Azərbaycan Tarixi Muzeyinin Sənədli Mənbələr fondunda qorunur.
Tarixi əhəmiyyətli bu eksponat yeni qurulan ekspozisiyada nümayiş olunacaq.
Bu barədə AZƏRTAC-a muzeydən məlumat verilib.
Kosmos elminin görkəmli simalarının iştirakı ilə “Kosmik tədqiqatlar - elm və texnikaya nüfuz” devizi altında keçirilən həmin konqres Azərbaycanın kosmonavtika tarixinin təməlini qoyub.
Bu gün Azərbaycanın Beynəlxalq Astronavtika Konqresinə yenidən ev sahibliyi edir.
Milli kosmik sənayenin yaranması Ulu Öndər Heydər Əliyevin ölkəmizə rəhbərliyinin birinci dövründə olub. Ulu Öndər ölkəmizdə müasir sənaye müəssisələrinin tikintisinə, iqtisadiyyatın inkişafına daim xüsusi önəm verib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [14:25]
“Tədqiqatlarda süni intellektin tətbiqi” mövzusunda təlim
- 02.10.2026 [13:18]
® Təhsil işçilərinə minimum 0 faiz komissiya ilə 100 min manatadək kredit
- 02.10.2026 [13:09]
Ötən ay BŞTİ-yə 20 minə yaxın müraciət daxil olub
- 02.10.2026 [13:01]
ADPU-da insan alveri ilə mübarizəyə aid seminar təşkil olunub
- 02.10.2026 [12:43]