Tarix Muzeyinin fonduna şəhid Murad Məmmədovun şəxsi əşyaları daxil edilib
Bakı, 10 fevral, AZƏRTAC
Milli Azərbaycan Tarixi Muzeyinin fonduna Vətən müharibəsi şəhidi Murad Məmmədovun şəxsi əşyaları daxil edilib.
Bu barədə AZƏRTAC-a muzeydən məlumat verilib. Şəhid Murad Məmmədov 1996-cı il sentyabrın 25-də Bakı şəhəri Nizami rayonunda anadan olub. Orta təhsilini Nizami rayonunda 272 nömrəli tam orta məktəbdə alıb. Sonra Türkiyədə Erciyes Universitetinin Rus dili və ədəbiyyatı fakültəsinə qəbul olub. İkinci kursdan sonra universitet rəhbərliyinin təşəbbüsü ilə Bolqarıstanın Sofiya şəhərində təhsilini davam etdirib. Bir il sonra Türkiyəyə qayıdaraq ali təhsilini başa vurub. Bir il hərbi xidmətdə olub. Vətən müharibəsində iştirak edən Murad Məmmədov Hadrut istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb.
Ölümündən sonra Murad Məmmədov “Vətən uğrunda” medalı ilə təltif olunub. Şəhidə məxsus saat, 2 ədəd fotoşəkil, brelok (özü düzəldib), diplomunun surəti, anasına “8 mart” təbrik məktubunun surəti, “Zəngəzur səsi” qəzetinin nüsxəsi (2020-ci il 26 noyabr tarixli) muzeyə daxil edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [17:45]
Etnik yaddaşın izi: Qərbi Azərbaycan folkloru və coğrafi adlar
- 09.06.2026 [17:20]
Qəbələ və Şamaxı rayonlarında geoloji monitorinq aparılır
- 09.06.2026 [17:13]
MEK-də kitabxana sisteminin gələcək inkişaf istiqamətləri açıqlanıb
- 09.06.2026 [17:12]
Landşaft-ekoloji dəyişmələr üzrə elmi tədqiqatlar aparılır
- 09.06.2026 [17:10]