Azərbaycan Dövlət İnformasiya Agentliyi

Tarixi və taleyüklü qərarlarda şəxsiyyət amilinin rolu - Prezident İlham Əliyevin fəaliyyəti

Tarixi və taleyüklü qərarlarda şəxsiyyət amilinin rolu - Prezident İlham Əliyevin fəaliyyəti

Bakı, 14 oktyabr, AZƏRTAC

2003-cü il oktyabrın 15-də İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi. On səkkiz illik prezidentliyi dövründə Azərbaycan xalqının dərin sevgisini qazanan və dünyada nüfuzlu siyasi xadim kimi qəbul olunan “İlham Əliyevin ən böyük özəlliyi nədədir?” sualını qoysaq, heç şübhəsiz, ilk növbədə, siyasətdə şəxsiyyət amilinin roluna nəzər yetirməliyik. Əldə olunan nəticələr, Azərbaycan xalqının milli maraqlarını düşünərək atılan addımların məntiqi sonluğu ölkə başçımızın bütün insani keyfiyyətlərinin və idarəçilik qabiliyyətinin vəhdət formada bir şəxsdə təşəkkül tapmasından xəbər verir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında politoloq Şəbnəm Həsənova söyləyib.

Politoloq bildirib ki, müasir dünyanın gələcək inkişafı üçün ictimai-siyasi dəyişiklikləri və mümkün ssenariləri dərk edən siyasətşünaslıq elmi bu gün şəxsiyyət amilinə müraciət edir və idarəçilik məsələsində onun xüsusi rolu üzərində dayanır. Siyasətdə şəxsiyyət amilinin mühümlüyünün tərəfdarları hesab edirlər ki, dövlət idarəçiliyində hər şeyi insan şəxsiyyəti həll edir. Ölkənin dirçəlişi də bəzən məlum, bəzən isə pərdə arxasında qalıb məlum olmayan böyük şəxsiyyətlərin böyük ölçüdə yaranma və yaratma qanunlarından asılıdır. İllər ərzində Prezident İlham Əliyevin atdığı addımların arxasında dayanan məsələ Qarabağ Zəfəri idisə, müharibə dövründə qarşılaşdığı təzyiqlər, bu təzyiqlərə təmkinlə verdiyi cavablar yaranma və yaratma qanunları baxımından isbata ehtiyac duyulmayan aksiomdur. “Mən xalqımdan heç nəyi gizlətmirəm” deyərək xalqa hər müraciətində cəbhədən xəbərləri məhz özü çatdırması, xalqını əmin edərək “Nəyi, necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm” mesajını verməsi dövlətimizin başçısının prioritet olaraq xalqın milli maraqlarını görməsindən xəbər verir. “Bəs xalq öz liderinə necə cavab verdi?” sualını qoysaq, Azərbaycanda və dünyanın müxtəlif yerlərində məskən salan, lakin qəlbi Vətən eşqi ilə yanan azərbaycanlılar tək bir avazla “Öldü var, döndü yoxdur!” deyərək öz Liderinin ətrafında yumruq oldular, o “Dəmir yumruğu” Liderə olan inamları ilə daha da möhkəmləndirdilər.

Dövlətin lider olmasına imkan verən əsas amilin məhz ölkəyə kimin rəhbərlik etməsi, yəni şəxsiyyət amili ilə bağlı olması ilə cavab tapılmalıdırsa, təbii ki, bunların təməlində duran əsas məsələ isə bu liderliyi hansı vasitələrlə qoruyub saxlamaqdan ibarət olmalıdır. 18 il ərzində Prezident İlham Əliyevin Azərbaycanın iqtisadi inkişafının, hərbi potensialının və idarəçilik sisteminin mükəmməl şəkildə realizə edilməsi əsas vasitələrdir. Ümummilli lider Heydər Əliyev deyirdi: “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir”. Məhz bu konsepsiyanı öz siyasətinin əsas sütunu kimi görən dövlətimizin başçısı “Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır” dedi və Azərbaycan xalqının rifah halının hər keçən il daha əvvəlki ilə nisbətdə daha da yaxşılaşdırması üçün mümkün olan və dünya siyasi tarixində bənzəri olmayan, mümkün olmayan bütün vasitələri mümkün edərək onlardan istifadə etdi.

Siyasətdə şəxsiyyət amilinin tərəfdarları şəxsiyyətin tarix və siyasətdəki rolunu liderlərin şəxsi keyfiyyətləri ilə əsaslandırırlar ki, burada siyasi istedad, qabiliyyət, bilik, bacarıq və şəxsi nüfuzu əsas meyar kimi görürlər. Liderlərin şəxsi keyfiyyətlərinə siyasi mövqelərindən və inanclarından daha çox əhəmiyyət verilir. Çünki sabit olmayan siyasi proseslərin anidən dəyişməsi fonunda liderin bu proseslərə necə cavab verməsi əsas məsələdir. Bu isə şübhəsiz ki, şəxsiyyət amili ilə bağlıdır. Dünyanın heç bir siyasətçisinin, analitikinin proqnoz verə bilmədiyi qlobal pandemiyanın dünyaya yayılması fonunda ölkə başçımız bu məsələyə də şəxsi keyfiyyətlərini əsas tutaraq reaksiya verdi. Bu işdə həmrəyliyin vacib olmasını vurğulayan, vaksin millətçiliyini tənqid edən xarizmatik dövlət xadimi və praqmatik siyasətçi kimi tanınan Prezident İlham Əliyevin ümumbəşəri dəyərlərin daşıyıcısı missiyasına yüksələn universal şəxsiyyət obrazı bu gün regionun coğrafi sərhədlərini aşaraq ümumdünya kontekstinə çıxır.

Tarix elə şəxsiyyətlər yetişdirir ki, onlar, sadəcə, yaşadıqları dövrün siyasi və ictimai proseslərinə qərar vermir, həm də özündən sonrakı epoxanı müəyyənləşdirirlər. Tarix və zaman sübut edir ki, Azərbaycan tarixində öz şərəfli yerini tutmuş, xalqımızın qəlbində öz heykəlini ucaltmış və müstəqillik tariximizin əbədiyyət rəmzinə çevril¬miş siması Heydər Əliyevin zamanında qəbul etdiyi qərarlar bugünkü uğurlarımızın bünövrəsində dayanır. Zaman anlayışı şəxsiyyətin siyasi baxışlarına daha dərin məna qazandırırsa, bununla yanaşı, siyasətin ən çevik şəkildə icrası onu dərk etməkdən, şəraiti dəyərləndirməkdən və çevik reaksiyalardan asılıdır. Zaman baxımından dünənin alınmış qərarları bu gün Heydər Əliyev dühasının böyüklüyünü, möhtəşəmliyini bir daha üzə çıxardırsa, bu günün atılan addımları da Prezident İlham Əliyevin siyasi praqmatikliyi, dünyanın sürətlə dəyişən proseslərinə dəqiq və adekvat cavab verməsi gələcək nəsillərimizin inkişafı və sabahlarımızın qarantı qismində çıxış edir. Bu günün ictimai-siyasi reallıqları, regionun yenidən formalaşan geosiyasi mənzərəsi və bununla paralel irəliləyən təlatümlərin fövqündə dayanan müasir milli dövlətçilik konsepsiyamız Heydər Əliyev siyasi kursunu mükəmməl şəkildə realizə edən Prezident İlham Əliyevin idarəçiliyində mükəmməl şəkildə öz əksini tapır.

Siyasətin subyektlərinə siniflər, siyasi təşkilatlar, hərəkatlar, etnik və demoqrafik icmalar və birliklər və digər amillər daxildir. Lakin siyasətin əsas mövzusu şəxsiyyətdir. Çünki siyasətin əsas yaradıcısı insandır, şəxsiyyətdir. Ancaq siyasətin özü də şəxsiyyət yaradır. Buna görə də şəxsiyyət həm siyasətin subyekti, həm də obyektidir. Bu baxımdan da subyekt kimi uğurlarımızın təməlində Prezident İlham Əliyevin şəxsiyyət kimi nüfuzlu rolu, Onun idarəçiliyində isə Azərbaycan xalqının ona olan sonsuz güvəni obyekt qismində çıxış edir desək, yəqin ki, yanılmarıq. Yəni, burada qarşılıqlı asılılıqla müşahidə olunan dərin, ayrılmaz, sarsılmaz, səmimi rəğbət və sevgi mövcuddur.

1993-cü və 1998-ci illərdə Azərbaycan xalqının böyük əksəriyyətinin səsini qazanaraq, fəaliyyəti dövründə isə Azərbaycan xalqının səmimi sevgisini və sonsuz rəğbətini qazanaraq elə xalq tərəfindən də Ümummilli Lider adına layiq görülən ulu öndər Heydər Əliyevin miras qoyduğu dövlətin səsi bu gün ölkə və region sərhədlərini aşaraq dünyadan gəlir. Qazandığımız qələbə, əldə etdiyimiz Zəfər və yaratdığımız reallıqla artıq hamı barışmağa məcbur qalır. Çünki hakimiyyətə gəldiyi ilk gündən Prezident İlham Əliyevin əsas amalı ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi və Azərbaycan xalqının dünya siyasi tarixində məğlub yox, qalib xalq kimi yazılması olub.

Siyasət rəqibə bütün seçimləri təqdim etməklə həll variantını sonuna qədər öz əlində saxlamaq qabiliyyətidirsə, dövlətimizin başçısı bu işi də düzgün və mahir şəkildə özü realizə etdi. Belə ki, 44 günlük Vətən müharibəsinin hər günü “Bizə torpaqlarımızdan çıxacağınız tarixin cədvəlini verin, o gün dayanaq” deyən dövlətimizin başçısı elə bir incə siyasət yürütdü ki, düşmən məcbur qalıb Azərbaycanın qoyduğu şərtlərlə barışdı və kapitulyasiya aktına imza atdı.

Dünyada həllini tapmayan münaqişə ocaqlarının mövcudluğu və bu ocaqların ya artması ya da daha da alovlanması fonunda İlham Əliyevin 30 illik işğala son qoyaraq Azərbaycanın ərazi bütövlüyünü təmin etməsi istiqamətində yürütdüyü prinsipial siyasət böyük vətənpərvərlik, siyasi peşəkarlıq və gerçək liderlik keyfiyyətlərinin bir bütündə təcəssüm etdirilməsidir. Siyasətin nəzəri və empirik məzmunu biliklə, yüksək şəxsi keyfiyyətlər və qabiliyyətlə icra olunan davranış formalarının məcmusundan ibarətdirsə, ölkə başçımız dünyanın nüfuzlu ali təhsil ocağı olan Moskva Beynəlxalq Münasibətlər İnstitutunda təhsil aldığı zaman siyasi elmlərin nəzəriyyəsinə, hər incəliyinə yiyələnərək, daha sonra həmin təhsil ocağında elmi-pedaqoji fəaliyyətlə məşğul olub tələbə ordusu yaradaraq, ardınca isə siyasətin praktikasına dərindən bələd bir lider kimi ictimai və siyasi proseslərin yeniləşməsində və təkmilləşməsində bayraqdar kimi çıxış edərək öz mükəmməl siyasi portretini də məhz özü cızdı. Bu səbəbdən də siyasi dialoq mühitinin dərinləşməsi birbaşa ölkə başçımızın ölkədə demokratik cəmiyyət modelinin daha geniş vüsət almasında atdığı addımlarda təcəssüm olunur.

Dövlətin xarici siyasətinə birbaşa təsir edən mühüm amillərdən biri, elə bəlkə də birincisi dövlət rəhbərinin beynəlxalq nüfuzudur. Belə ki, dövlət rəhbərinin qanunlara və beynəlxalq hüquq normalarına uyğun şəkildə davranışı və siyasəti icra etməsi onun etik davranışlarının əsaslarını təşkil edir. Şəxsiyyətin nitqi də cəmiyyətdə və dövlət siyasətində proqram xarakteri daşıyaraq dövlət siyasətinin istiqamətləndirilməsində mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan da Cənab Prezident İlham Əliyevin beynəlxalq nüfuzu, istər ən yüksək kürsülərdə çıxışları zamanı Azərbaycan həqiqətlərini dünyaya çatdırması, düşmənin əsassız arqumentlərini tutarlı, tarixi, hüquqi faktlarla çürütməsi, Vətən müharibəsi dövründə beynəlxalq aləmə, hər dövlətə ötürülən mesajların, ittihamların onların “öz dili və üslubu” ilə ötürülməsi, paralel olaraq xalqın nəbzini tutaraq sadə xalqa ən sadə və rəvan formada müraciətləri sanki bütün bu nəzəri əsasların empirik vasitələrlə icra olunmasıdır.

Dövlət rəhbərinin təmsil olunduğu partiyanın ideoloji siyasəti dövlətin daxili və xarici siyasətinə də müsbət təsir göstərir. Bu baxımdan da Prezident İlham Əliyevin Sədri olduğu hakim Yeni Azərbaycan Partiyasının qarşısında qoyduğu tələblər, qaldırdığı aktual məsələlər zamanın çevik dəyişən reallıqları ilə dəyişə bilməyə, yenilənməyə bu dəyişikliklərə çevik cavab verməyə istiqamətlənib.

Dövlət rəhbərinin şəxsi keyfiyyətləri, hazırlıq səviyyəsi, istedad və qabiliyyəti dövlətin xarici siyasətinin mahiyyətinə təsir göstərir. Dövlət rəhbərinin beynəlxalq siyasəti dərindən bilmək məharəti olmalıdır. Vətən müharibəsi dövründə dünyanın müxtəlif siyasi proseslərini dəqiqliklə bilən, üzərimizə sanki qılınca bənzəyən qərəzli suallarla gələn şəxslərin qarşısı məhz bu dərin bilik sayəsində alındı. Dövlət rəhbərinin hadisələrin gedişatını dəyərləndirə bilmək və bundan da müəyyən nəticələrə gələ bilmək qabiliyyəti onun fəaliyyətində gözə çarpır. İllərlə fəaliyyətini Qarabağ zəfərinə fokuslayan ölkə başçımızın zamanında bu gedişatı dəyərləndirərək Qoşulmama Hərəkatı çərçivəsində aktiv fəaliyyətimiz həm bu siyasi təsisatın dünyada nüfuzunu artırdısa, həm də zamanında düşünülərək atılan addım ən dar məqamda bizim köməyimizə gəldi. Məhz Vətən müharibəsi zamanı BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvləri olan Qoşulmama Hərəkatının yeddi ölkəsi BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi qətnamələrinə istinadın edilmədiyi birtərəfli mətbuat açıqlamasının qəbul edilməsinə imkan vermədilər. Bu baxımdan da xarici siyasətin zaman və şəraitlə əlaqələndirilməsi, əlaqələrin və münasibətlərin zəruri istiqamətlərinin müəyyən edilməsi istedadı və qabiliyyəti dövlət rəhbərinin şəxsi keyfiyyətlərinə aid olan məsələdir. Burada ölkənin baş diplomatı hesab olunan dövlət rəhbərinin strategiyası və taktiki addımları mühüm əhəmiyyət kəsb edirsə, o zaman əminliklə deyə bilirik ki, Prezident İlham Əliyev qədim ənənələrə malik Azərbaycan diplomatiya tarixinin ən uğurlu diplomatıdır.

On səkkiz illik fəaliyyəti dövründə Prezident İlham Əliyevi dəstəkləyən Azərbaycan xalqı yenə də dərin inam, güvən və səmimi sevgi ilə öz Liderini dəstəkləyir. Xalqımız Prezident İlham Əliyevin mövqeyinin Azərbaycan xalqının mövqeyi olması faktını ölkə başçımıza verdiyi dəstəklə ifadə edir.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 8 oktyabr

DİA rektoru: Azərbaycanda davamlı inkişaf üzrə tədris prosesi bir sıra ölkələrdən əvvəl başlayıb

Prezident İlham Əliyevin YAP-ın Qurultayındakı nitqi qarşıdakı strateji hədəfləri müəyyənləşdirir - ŞƏRH

Azərbaycana repatriasiya edilən daha 13 nəfərin sosial reabilitasiyasına başlanılıb

FIFA U-15 dünya çempionatı ilə bağlı Hövsan Yarış Kompleksinə mediatur təşkil edilib

Qaradağda narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 2 nəfər saxlanılıb VİDEO

Qaradağda narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 2 nəfər saxlanılıb VİDEO

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Lisey şagirdlərinin etirazları davam edir: Parisdə blokadalar qurulub

Nəzər Əliyev: “Lahıc” qoruğunu son 9 ayda 120 mindən çox turist ziyarət edib

Urxan Ələkbərov: Yeni texnologiyaların tədrisində təqdim olunan dərsliyin əhəmiyyəti böyükdür

Sürücünün ötmə qaydasını pozması azyaşlı bacısının həyatına son qoyub VİDEO

Sürücünün ötmə qaydasını pozması azyaşlı bacısının həyatına son qoyub VİDEO

Binəqədidə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq

Fransa və Madaqaskar arasında hərbi sahədə əməkdaşlıq gücləndirilir

Politoloq: Azərbaycanın müstəqil xarici siyasəti beynəlxalq mövqeyini və strateji imkanlarını gücləndirir

Akademik Teymur Kərimli: Klassik irs sözün və milli düşüncənin gücünü nümayiş etdirir

Birləşmiş Ştatların gündəlik neft hasilatı artıb

Litvalı basketbolçu: Qrupdan çıxmaq üçün əlimizdən gələni edəcəyik

Anar Nağıyev: Ortaq mədəni irsin, dilin və dəyərlərin araşdırılması mühüm əhəmiyyət daşıyır

Arxeoloji irsin öyrənilməsi istiqamətində yeni tədqiqatlar - elmi seminar

Türkmənbaşıda Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşü keçirilib YENİLƏNƏCƏK

Özəl sektorun iqtisadi proseslərdə rolu dəyərləndirilib

İstanbulda bina çöküb, dağıntıların altında qalanlar var – YENİLƏNİB

® ABB 12 ay faizsiz ödəniş imkanı yaradan “TamKart Max” kredit kartını təqdim edib

133 və 170 nömrəli marşrutların hərəkət sxemləri müvəqqəti dəyişdirilib

Sabunçuda avtomobillərin hərəkətinə məhdudiyyət tətbiq olunacaq

ABŞ-nin neft ehtiyatları azalır

Avropa çempionatı: Azərbaycanın 2 boksçusu yarımfinala vəsiqə qazanıb

İsmət Çətin: “Türk dili və ədəbiyyatının tədrisi” sipoziumu Türk dünyasının elmi əməkdaşlığına xidmət edir

Prezident: Azərbaycan Qazaxıstan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir

İdeoloji təhlükəsizlik: yeni mərhələnin yeni çağırışı - ŞƏRH

Prezident İlham Əliyev: Nəqliyyat Mərkəzi Asiya dövlətləri ilə Azərbaycan arasında əməkdaşlığın əsas sahələrindən biridir

Ötən gün narkotiklərlə əlaqəli 20 fakt müəyyən edilib

Professor Mahirə Hüseynova: Türk dünyasının dilləri arasında kəskin fərqlər yoxdur

Azərbaycan taekvondoçusu Paris Qran-Prisində mübarizə aparacaq

Prezident İlham Əliyev: Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi ötən il 50 faizdən çox artıb

“Mən öz ağacımı əkmişəm”... - həyat yoldaşının şəhid Denis Əliyev haqqında xatirələri

Əhməd Bican Ərcilasun: Türk dili və ədəbiyyatının tədrisində dilin dərin qatlarının öyrənilməsi vacibdir

Qusarda yol infrastrukturu yenilənir – Piral kəndində 3,1 kilometr yol asfaltlanıb

Prezident: Son illərdə Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə qarşılıqlı fəaliyyəti xeyli genişlənib

NASA Mars şəfəqinin qeyri-adi görüntüsünü yayımlayıb

Azərbaycanın dövlət maliyyə idarəçiliyi 133 ölkənin reytinqində 3-cü yeri tutub

Prezident Kitabxanasında növbəti dəyirmi masa bəstəkar Aydın Əzimovun yaradıcılığına həsr olunub

Prezident İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

Öhdəliklərin icrasından yayınan Ermənistan, mənasını itirən Beynəlxalq Qızıl Xaç Komitəsi – TƏHLİL

ADU-da “Türk dili və ədəbiyyatının tədrisi” IV Beynəlxalq simpoziumunun açılışı olub

Akif Quliyev: 16 nəfərə aid qalıqlar götürülüb və məhkəmə tibbi ekspertizaya təhvil verilib

ADU rektoru: Simpoziumun əsas məqsədlərindən biri gənc alimlər arasında elmi əlaqələrin qurulmasıdır

Dövlət Xidmətinin vəzifəli şəxsinin qanunsuz əməlləri barədə cinayət işi məhkəməyə göndərilib

Ekspert: Bakıda əmlak qiymətlərinin yüksək olmasında infrastruktur imkanları əsas amillərdəndir

Bakıda yanğın təhlükəli hotelin fəaliyyəti dayandırılıb VİDEO

Bakıda yanğın təhlükəli hotelin fəaliyyəti dayandırılıb VİDEO

“Axios”: ABŞ ordusuna İrana hücum üçün hazırlıqlı olmaq əmri verilib

Medef: Fransa dövlət xərclərini azaltmalıdır

Yenilənmiş qanunvericilik Texnopark rezidentlərinin sayını iki dəfə artırmağa imkan verəcək - ŞƏRH

Azərbaycanla İspaniya arasında siyasi məsləhətləşmələrin 5-ci raundu keçirilib

Dünya səyyahlarının Qarabağ və Şərqi Zəngəzura növbəti səfəri başlayıb

“Biletim.az” portalı üzərindən onlayn bilet alanların sayı artıb

Azərbaycan Kubokunda bu gün daha 3 oyun keçiriləcək

Rəqəmsal texnologiyalar türk dili və ədəbiyyatının tədrisində: yeni imkanlar və çağırışlar

Müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi prosesi davam edir

İribuynuzlu heyvanların aqrar sığortası fermerlərə maliyyə risklərindən qorunmağa imkan verir

Qızıl bahalaşıb, gümüş ucuzlaşıb VİDEO

Qızıl bahalaşıb, gümüş ucuzlaşıb VİDEO

Bu gün Nizami rayonunun bir sıra ərazisinə qazın verilişi dayandırılacaq

Azərbaycan Beynəlxalq Telekommunikasiya Peyk Təşkilatının Məşvərət Komitəsinə yenidən üzv seçilib

Azərbaycan və Mərkəzi Asiya: Xəzər üzərindən genişlənən tərəfdaşlığın yeni mərhələsi TƏHLİL

Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə iştirak etmək üçün “Avaza” Kompleksinə gəldi VİDEO

Litva Hərbi Akademiyasının nümayəndə heyəti ölkəmizdə səfərdə olub

Səməd Vurğunun oğlu: Ola bilsin, Stalinlə söhbəti Səməd Vurğunu repressiyadan xilas edib

Bakının və Abşeronun bir sıra ərazilərində işıq olmayacaq

Azərbaycanın daha 4 cüdoçusu dünya çempionatında mübarizəyə başlayır

Astara Gömrük İdarəsinin əməkdaşları külli miqdarda narkotik vasitə aşkar ediblər

Birjalarda neft bahalaşıb VİDEO

Birjalarda neft bahalaşıb VİDEO

Bəzi rayonlarda elektrik enerjisinin verilişində fasilələr olacaq

Azərbaycan nefti 4 faizədək bahalaşıb VİDEO

Azərbaycan nefti 4 faizədək bahalaşıb VİDEO

Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərdən 328 nəfərin şəxsiyyəti müəyyənləşdirilib

Şəkinin tarixi məkanları və görməli yerləri ukraynalı uşaqlarda xoş təəssürat yaradıb

® Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin yeni təlim dalğasına qeydiyyat başladı

Xaçmazda iki nəfərdən külli miqdarda narkotik vasitə aşkarlanıb VİDEO

Xaçmazda iki nəfərdən külli miqdarda narkotik vasitə aşkarlanıb VİDEO

Everesti fəth edən ilk azərbaycanlı qadın alpinist: Ultramarafon mənim üçün böyük təcrübə olacaq VİDEO

Everesti fəth edən ilk azərbaycanlı qadın alpinist: Ultramarafon mənim üçün böyük təcrübə olacaq VİDEO

Prezident İlham Əliyev Türkmənistana işgüzar səfərə gəlib VİDEO

Ukraynanın Priluki şəhərinə endirilən zərbə nəticəsində ölənlərin sayı 22 nəfərə çatıb

Nazirlik rəsmisi: III Beynəlxalq Xankəndi Ultramarafonunda iştirakçı sayı ötən illə müqayisədə artıb VİDEO

Nazirlik rəsmisi: III Beynəlxalq Xankəndi Ultramarafonunda iştirakçı sayı ötən illə müqayisədə artıb VİDEO

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfrans davam edir

III Beynəlxalq Xankəndi Ultramarafonuna Qəbələdə start verilib YENİLƏNİB VİDEO

III Beynəlxalq Xankəndi Ultramarafonuna Qəbələdə start verilib YENİLƏNİB VİDEO

Bakının bəzi yollarında nəqliyyatın hərəkətində sıxlıq yaranıb

CNN: Fransanın maliyyə problemləri Avropada ciddi böhrana səbəb ola bilər

Bu gün Ümumdünya Görmə Günüdür

Alimlər çox qəhvə istehlakı ilə sümük sıxlığı arasında əlaqə aşkarlayıblar

İlk dəfə məməlilərin populyasiyasının bərpası üçün Günəş elektrik stansiyasından istifadə edilir

“Nokia” Finlandiyada 250-dən çox iş yerini ixtisar etməyi planlaşdırır

“Blue Origin” kosmosda məlumat mərkəzlərinin yerləşdirilməsi üzərində işləyir

Suriya Yəmən müharibəsinə qoşulma ilə bağlı yayılan xəbərləri təkzib edib

Barro Trampın Fransadakı lisey aksiyaları ilə bağlı sözlərinə cavab verib

İran və Oman Hörmüz boğazında təhlükəsiz dəhlizlərlə bağlı razılaşmanı beynəlxalq quruma bildirəcək

Aİ ölkələri sənayeni dəstəkləməyə və yanacaq idxalından asılılığı azaltmağa çağırılıb

Husilər Bab əl-Məndəb yaxınlığında koalisiya qüvvələrinə raket zərbələri endirdiklərini bildiriblər

Tramp 7 oktyabr hücumlarının ildönümündə Netanyahu ilə telefonla danışıb

Qudula kənd icra nümayəndəliyi: Evlərini su basan sakinlərin daha təhlükəsiz əraziyə yerləşdirilməsi istiqamətində iş aparılır VİDEO

Qudula kənd icra nümayəndəliyi: Evlərini su basan sakinlərin daha təhlükəsiz əraziyə yerləşdirilməsi istiqamətində iş aparılır VİDEO

Tramp: Nobel Sülh Mükafatını almamağım komitənin nüfuzuna xələl gətirər

Azərbaycan və Özbəkistan Xarici İşlər nazirlikləri arasında konsulluq məsləhətləşmələri aparılıb