Azərbaycan Dövlət İnformasiya Agentliyi

Tarixlə təxəyyül arasında, yaxud ədəbi məxəzlərdə erməni vəhşiliklərinin apokaliptik mənzərəsi

Tarixlə təxəyyül arasında, yaxud ədəbi məxəzlərdə erməni vəhşiliklərinin apokaliptik mənzərəsi

Bakı, 31 mart, AZƏRTAC

Soyqırımı dəhşətləri, ermənilərin azərbaycanlıların başına gətirdiyi oyunlar, açdığı müsibətlər bütün XX əsr boyu davam etmişdir. Bu düşünülmüş, planlı surətdə həyata keçirilən soyqırımı aktı barədə milli müstəqillik qazandığımız dövrlərdən etibarən daha açıq, dürüst şəkildə və doğru faktlarla bəhs edilib. O faktların ehtiva olunduğu məxəzlər bu gün həm də ədəbi mətnlərdir. Bu müstəvidə iki əsər xüsusilə seçilir: Məmməd Səid Ordubadinin “Qanlı sənələr” və Mir Möhsün Nəvvabın “1905-1906-cı illərdə erməni-müsəlman davası” əsərləri. Və bəlkə də tarixi gerçəkləri ifadə etmək baxımından tarixin bir parçasına çevrilir. Hər halda törədilən faciə o qədər tükürpərdici və amansız hadisələrlə zəngindir ki, yazıçı təxəyyülünə yer qalmır.

Bu fikirlər YAP İdarə Heyətinin üzvü, filologiya elmləri doktoru, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda şöbə müdiri Elnarə Akimovanın məqaləsində yer alıb. AZƏRTAC həmin məqaləni təqdim edir.

Məmməd Səid Ordubadinin “Qanlı sənələr” əsərində erməni-müsəlman davasının tarixi aspektləri

XX əsr Azərbaycan nəsrinin formalaşmasında böyük rolu olan yazıçı Məmməd Səid Ordubadi “Qanlı sənələr” tarixi əsərini 1908-ci ildə yazıb başa çatdırmış, əsər ilk dəfə onun “Tazə həyat” qəzeti vasitəsilə millətin sərvət sahiblərinə müraciətindən sonra Bakı milyonçu-xeyriyyəçisi Murtuza Muxtarovun maddi yardımı ilə 1911-ci ildə nəşr olunmuşdur. XX əsrin əvvəllərində baş vermiş erməni-müsəlman davasının müxtəlif bölgələrdən gələn müxbir məktubları əsasında təsviri XX əsrin əvvəllərində erməni terrorçularının törətdiyi cinayətlərin məzmunu və gedişi haqqında geniş təsəvvür yaradır.

Məlumdur ki, XX əsrin əvvəllərində Qarabağda azərbaycanlı əhaliyə qarşı ermənilər tərəfindən kütləvi qırğınlar törədilmiş, dinc əhaliyə divan tutulmuşdur. Məmməd Səid Ordubadinin qələmə aldığı hər fakt, hər detal çağın gerçəklərini dərk etməkdə, erməni havadarlarının iç üzünü tanımaqda tarixi məxəz rolunu oynayır. M.S.Ordubadi “Qanlı sənələr” əsərində Şuşada baş verən hadisələrlə bağlı yazır: “1905-ci il avqust ayının 8-də gecə saat iki radələrində ermənilər küçədə şəhər fanarlarını yandıran Kərbalayı Məmmədhüseyin adlı müsəlmanı xəncərlə doğrayıb vəhşicəsinə öldürməklə ermənilərlə müsəlmanlar arasında yeni münaqişə toxumları səpdilər”.

“Qanlı sənələr” əsərində erməni hiyləsi və qurnazlığı, bu üzdəniraq xalqın, nəyin bahasına olursa-olsun, türkü yer üzündən silmək, məhv etmək istəyi, bu yolda həyata keçirdiyi fitnə-fəsadları incə detallarla sərgilənir. Ordubadinin təhkiyəsinin əsas özəlliklərindən biri əsərdə təsvir olunan hadisələrin reallığa söykənməsi, gerçək həyatı əks etdirməsidir: “Avqust ayının 17-də daşnak ermənilər “Köçərli məhəlləsində 8 evi yandırıb əhalisini qətlə yetirdilər. Xəlfəli adlanan məhəllədə 10 evin müsəlmanlarının qətl-qarət edilməsi xəbəri kədərli bir surətdə yetişdi. Qəddar erməni daşnaklarının belə təcavüz və ədalarını görən islam cavanları artıq ruhani və rəislərinin nəsihətlərinə baxmayıb ermənilərə qarşı ümumi hücuma başlayırlar. Ermənilər Port-Artur misalında olan səngərlərini daha saxlaya bilməyib boşaltmağa məcbur oldular… Avqustun 18-də daşnak ermənilər dağılmış qüvvələrini bərpa edib yenidən müharibəyə girişdilər… Ermənilər çox təlaş edib keçən günün təlaşını çıxmaq istəsələr də ağır tələfata məruz qalaraq öz hissələrini müsəlmanlara verdilər”.

“Qanlı sənələr” əsərində yazıçı Şuşada törədilən qanlı toqquşmaları geniş təsvir etmiş, rus kazakları və rus piyada birliyinin, eləcə də erməni daşnaklarının əlbir olub azərbaycanlı evlərinə basqınlar təşkil etməsini, ancaq azərbaycanlıların müdafiəsi qarşısında geri çəkilməyə məcbur olmasını bildirmişdir: “Daşnak erməniləri başladıqları müharibədə məğlub olduqlarını görüb hiyləyə əl atmağa başladılar. Avqustun 19-da erməni arximandriti və qubernator Baranovski məscidin həyətinə gələrək, müsəlmanlara yalvarmağa başladı: “Amandı müsəlmanlar Şuşada ermənilər müqəssir olsalar da, daha erməni qalmadı. İndi bir ovuc əlsiz-ayaqsız erməni qalıbdır, onlara rəhm ediniz!”- deyib, ağlaya-ağlaya sülh təklif etdi. Müsəlmanlar sülh sözünü eşidən kimi güllə atmağı dayandırıb sakit oldular. Ermənilər isə evə qayıdan qubernatoru atəşə tutdular.

Daşnaklar realnı məktəbin təmirində işləyən 17 nəfər iranlı fəhlənin başını kəsmişdilər. Beləliklə 1905-ci il avqustun 16-da başlayan müharibə, avqustun 21-də sülh elan edilməsi ilə başa çatdı. Bu müharibədə yüzlərlə azərbaycanlı qətlə yetirilmişdi”.

Ordubadinin əsərində diqqət çəkən digər məqam general Qoloşşapa münasibətdir. Onun müsəlmanlara nifrəti, terror hadisələrində ermənilərə kömək göstərməsini yazıçı xüsusi vurğulamış, bu rus generalının qəddarlığını tarixin yaddaşına köçürmüşdür: “Qoloşşapovun müsəlmanlara iblis münasibəti bəslədiyini anlayan ermənilər hər an bir bəhanə axtarırdılar ki, generalı müsəlmanların üstünə qaldırsınlar. 1906-cı ilin iyul ayının 12-də bir neçə gün bundan qabaq ölmüş bir erməninin meyitini generala nişan verib, “budur bu saat sənin qonşuluğunda müsəlmanlar qətlə yetirmişlər” deməklə, onsuz da bəhanə axtaran general Qoloşşapov dərinə getməyib, Köçərli məhəlləsini topa tutmaq əmrini vermişdir. Bunun ardından Kazak dəstələri ilə birlikdə 10 minə qədər daşnak dəstələri azərbaycanlılara qarşı hücuma keçdilər.

Dava başlayanda ermənilərə və ruslara qarşı vuruşan ancaq Qalada yaşayan müsəlman igidləri və cavanları idi. Onlara yalnız 3 gündən sonra kömək gəlmişdi.

Ruslar və ermənilər qarşılarına çıxan insanları güllələyir, onları ölmüş halda ya da diri-diri alova atıb yandırırdılar. Şuşada toplardan açılan atəş nəticəsində minlərlə ev dağıdılmış, yüzlərlə insan qətlə yetirilmişdir”.

“Qanlı sənələr” 1905-1906-cı illərdə Qafqazda baş verən erməni-müsəlman davasının tarixi aspektlərini öyrənməyə imkan verən aktual bir əsərdir və bu gün də milli yaddaş problemlərimizin çözümü və məsələlərə yaradıcı münasibətin öyrənilməsi baxımından mühüm ictimai-tarixi əhəmiyyət daşıyır.

Mir Möhsün Nəvvabın “1905-1906-cı illərdə erməni-müsəlman davası” əsərində erməni vəhşiliklərinin apokaliptik mənzərəsi

Mir Möhsün Nəvvabın son dövrdə aşkarlanaraq ilk dəfə 1993-cü ildə nəşr edilmiş "1905-1906-cı illərdə erməni-müsəlman davası" kitabı müəllifin yaşadığı dövrün mürəkkəb və keşməkeşli hadisələrə fəal vətəndaş mövqeyini əks etdirməklə yanaşı, onun vətənpərvər ədib obrazını ifadə edən mətn kimi qiymətlidir. "Təvarixi-rəzm və şurişi-taifeyi-əraməniyyeyi-Qafqaz ba firqeyi-müsəlmanan" ("Qafqaz erməniləri tayfasının müsəlmanlarla savaş və iğtişaş tarixləri") adlandırdığı bu kitabı Nəvvab real faktlar əsasında qələmə almış, ermənilərin 1905-1906-cı illərdə xalqımıza qarşı törətdiyi vəhşilik və cinayət əməllərini, mənfur niyyətlərini tam gerçəkliyi ilə əks etdirmişdir.

Türkcə qələmə aldığı bu əsərinin əvvəlində müəllif Şuşa qalasının Pənah xan tərəfindən inşa edilməsi və onun varisi İbrahim Xəlil xanın başına gətirilən müsibətlər haqqında qısa bilgilər verir, sonra isə erməni-müsəlman davasının tarixçəsinə nəzər salır. Yazıçı hadisələrin başlanğıc məqamına diqqət yönəldərək yazır: “Ermənilər təpədən dırnağa qədər silahlandırılırdı. Erməni daşnaklar müsəlmanlarda olan silahı ələ keçirmək üçün belə bir hiylə işlətmişlər. Tüfəng bazarda 20 manata satılırdısa, onlar 100 manata, tapança 6 manata satılırdısa, 30 manata alırdılar. Nəticədə müsəlmanlarda olan silahların ermənilər tərəfindən belə baha qiymətə alınması, müsəlmanların evlərində nə qədər silah-sursat var idisə, tamamən ermənilərin əlinə keçməsinə səbəb oldu”.

16 avqust 1905-ci ildə ermənilərin Şuşada yenidən hücumu ilə bağlı M.M.Nəvvab tükürpərdici faktlar qələmə almışdır: “Erməni qımdatları dəstə-dəstə olub bir dəstə Köçərli məhəlləsinə, bir dəstə Yuxarı Xəlifəli qapısına, başqa bir dəstə isə meydana tərəf getdilər. Qalan ermənilər isə səngərlərə doldular… Köçərli məhəlləsinə gedən dəstənin içərisində bu məhəllədən olan Çopur bəyin oğlu və Kolya adlı iki erməni 90 yaşlı Abbas bəyi, onun yeganə oğlunu, qardaşı oğlunu dilə tutaraq siz bizim qonşumuzsunuz, sizinlə işimiz yoxdur deyib eşiyə çağıraraq güllələmişlər, evlərinə və meyitlərə neft töküb yandırmışlar”.

Mir Möhsün Nəvvabın “1905-1906-cı illərdə erməni-müsəlman davası” əsəri törədilən cinayətin, azərbaycanlıların başına gətirilən amansız müsibətin çalarlarını geniş əks etdirən əsərdir. Baş verən faciə proseslərin ictimai-sosial mühitdə doğurduğu əks-sədalar, insanların mənəvi-psixoloji aləmindəki buraxdığı dərin izlər, ağrı-acıların yüksək estetik çalarlarla təsviri yazıçı müşahidəsinin itiliyindən xəbər verir. Nəvvab 1905-1906-cı illər hadisəsindən bəhs edən əsərində daşnak terror birləşmələrinin Qarabağın müxtəlif rayonlarında həyata keçirdikləri kütləvi basqın, soyqırımı, qarət faktı ilə bağlı önəmli məlumatlar açıqlayır. Şuşada azərbaycanlılar yaşayan evlərin top atəşinə tutulması, basqın və talanlar, yandırılan evlər, insanlara tutulan divanlar, başı kəsilən insanlar, südəmər körpələrin divarlara çırpılıb param-parça edilməsi, bir sözlə, tarixdə misli görünməmiş türk qətliamı.

Məmməd Səid Ordubadi kimi Mir Möhsün Nəvvab da müsəlmanların öldürülməsində Rusiya tərəfindən Qarabağa və Şuşa uyezdinə təyin edilən generalların da fəal iştirak etdiyini qeyd edir: “Bunlardan general Qoloşşapov daha qəddar idi. Qoloşşapov Şuşaya gələn kimi ermənilər məhəlləsində milliyyətcə erməni olan duma qalavası Kiki Kələntərovun hazırladığı iqamətgaha yerləşdirildi. Hər gecə Kiki Kələntərovun başçılığı ilə, ermənilərin hesabına general Qoloşşapovun mənzilində kef məclisləri qurulur. Kələntərovun seçdiyi və generalın qulluğuna təyin etdiyi 2-3 nəfər xoşsurət erməni qızları gecə-gündüz ona xidmət edirdilər. Bir gecə erməni Kələntərov Qoloşşapova 10 min rubl rüşvət verərək, erməni-müsəlman davasında rusların onlara açıq surətdə kömək etməsini generaldan xahiş etdi. Qoloşşapovun tədbiri ilə ətraf kəndlərdən, İrəvandan, Gəncədən və başqa yerlərdən 7 min erməni silahlıları, 850 nəfər rus kazakları, neçə min Qalada (Şuşada) olan erməni, eləcə də 11 top və topxana səfərbər edilmişdi”.

Əsərdə Şuşa od içində təsvir edilir. Su yerinə axan qanlar, yandırılan evlər, məscidlər, insanlar, ah-nalə səslərinin göyə bülənd olduğu əzablı şəhər. Qəddarlığın son həddini yaşayan Şuşa tarixin növbəti sınağının ən ağırı ilə üz-üzə qalmalı olur. Nəvvab od içində qalan Şuşanın tarixi mənzərəsini belə canlandırır:

- “O evin ətrafında qəbiristanadək od vurdular. Külək vasitəsilə ətraf evlərdən Cəmşid bəyin evinə də od düşüb yandı. Bəhram bəy və Qriqor bəyin evləri də alovların cənginə keçdi”;

- “Müsəlman səngərlərinin qarşısında olan həmin evlərin divarların linglə deşib içəri daxil olub, od vurub yandırdılar”;

- “Evlərə düşmüş yanğın artıq gəlib Təzə kilsənin ətrafına çatmışdı”;

- “Yanan evin və dükanların alovu və tüstüsü kəhkəşana yetişmişdi. Həmin günün gecəsi yanan evlərin işığına neçə mil məsafədə kağız yazıb oxumaq mümkün idi”;

- “Ərşə qalxan alov ətraf kəndlərdən və qayalardan görünürdü”;

- “Xüsusən taxtalarla dolu olan bir neçə dükanın alovu fələyin yanına qalxmışdı. Belə ki, həmin dükanların alovu dörd ağac məsafədən görünürmüş. Kərkicahan kəndinin adamları deyirdi ki, həmin gün yanğın vaxtında saysız - hesabsız yarım yanmış kağızlar dalbadal kəndin üstünə tökülürdü”.

Nəvvab əsərində sanki apokaliptik bir mənzərə yaradır. Miqyasına görə hüdudsuz şəkil alan alov, atəş, yanğının göz önündə vizuallaşması üçün gərəkli təfərrüatlara varır. Hadisələrdəki gerçəklik effektinin lazımi şəkildə ötürülməsi baxımından bu cür təfərrüatların rolu əlbəttə ki, çox böyükdür. Bu, hər şeydən əvvəl yazıçının öz içindəki can yanğısının nümunəsi kimi təcəssümlənir.

Və nəhayət, bir istixarəyə inanmaq: “Bütün düşmənlər sizin ayağınızın altındadır”

Əsərin "Erməni tayfasına nəsihətlər" adlanan xüsusi bir bölümündə yazıçı ermənilərə Allahı düşünməyi, Allahdan qorxmağı, zülmdən, vəhşilikdən əl çəkməyi tövsiyə edir: “Mən bilmirəm fitnə-fəsad törədib xalqı qırğına verən bu erməni quldurları o dünyada sorğu-sual zamanı adil Allaha nə cavab verəcəklər?

Bu qədər zülm, sitəmkarlıq, insafsızlıq və özbaşınalıqla bu əyalətdə bayrağınızı qaldırmaq istəyirsiniz. Lakin ona nail olmayacaqsınız... Bunu yəqin bilin ki, bu zülmlərin əvəzi çox tezliklə onu törədənlərdən çıxılacaq”.

Bunu, erməni vəhşiliyi qarşısında haqqın qələbəsinə inanan, onların məğlubiyyətə düçar olacaqlarına fəhmi ilə əmin olan Azərbaycan yazıçısının uzaqgörənliyi də adlandırmaq olar. Əsərdə bu uzaqgörənliklə bağlı günümüzlə səsləşən ibrətamiz daha bir məqam var. Ermənilərin evini yandıracağından bərk narahat olan yazıçı bunun üçün istixarə edir (istixarə ərəb dilində “xeyir istəmək” mənasında işlənir və əsasən “Qurani-Kərim”, təsbeh və rüqə (rüşk) vasitəsilə yerinə yetirilir): “Bu gecə əyləşib diqqətlə sual etdim ki, bu davada fəth, nüsrət və qələbə müsəlmanlarda olacaq, yoxsa erməni tayfası ilə?” Ardınca müəllif istixarədən ümidverici cavabın çıxdığını yazır: “Qələbə yaxın günlərdə sizinlədir. Bütün düşmənlər sizin ayağınızın altındadır”.

Tarix Nəvvabın istixarəsinin doğruluğunu isbat etmək üçün 114 il gözlədi. Sözsüz ki, Şuşa müdrikinin özü buna inanmışdı. Kaş ermənilər də inanaydılar.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ABŞ-dən olan basketbolçu Azərbaycan klubuna qayıdıb

Azərbaycan qılıncoynadanı Macarıstanda bürünc medal qazanıb

Paytaxtda avtoxuliqanlıq edən sürücü həbs olunub

Qızıl 107 dollar ucuzlaşıb

Birjalarda neft bahalaşıb

Xiyabani küçəsi ilə Xarici Dairəvi yolun kəsişməsindəki hərəkət sxemi əsaslı şəkildə dəyişdiriləcək

Hərbi Prokurorluğun rəhbərliyi hərbi qulluqçuların xidmət və məişət şəraiti ilə tanış olub

Suraxanı və Qaradağın bəzi ərazilərinin qaz təchizatında fasilə olacaq

İmişli Şəkər Zavodunun boş anbarında baş verən yanğının görüntüləri VİDEO

İmişli Şəkər Zavodunun boş anbarında baş verən yanğının görüntüləri VİDEO

Qızılın qiyməti son bir ayyarımın minimumuna düşüb

® Bakıda “Xsolla” şirkətinin Tədqiqat və İnkişaf Mərkəzi fəaliyyətə başlayıb

FHN: Ötən həftə ərzində 469 yanğına çıxış olub, 4 nəfərin meyiti təhvil verilib

Yaponiyanın yeni raket sistemləri ilk dəfə ABŞ-lə birgə təlimlərdə nümayiş etdiriləcək

Ümumdünya Quduzluqla Mübarizə Günü: Ölümlə nəticələnən təhlükədən necə qorunmalı?

London Fairford bazasına hücum planında İranın mümkün rolunu araşdırır

Bakıda bəzi yollarda nəqliyyatın hərəkətində sıxlıq yaranıb

Tramp süni intellektlə bağlı bəyanat verəcək

İran ABŞ ilə Nyu-Yorkda yeni danışıqlar raundu planlaşdırmır

Yasamal və Nizami rayonlarında elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq

Əraqçi: Tehran istənilən münaqişəyə tab gətirməyə hazırdır

“Politico”: Aİ dörd ölkə üçün mərhələli üzvlük planları hazırlayır

Tramp ABŞ-dən dizel yanacağı ixracına qadağa qoyulmasını nəzərdən keçirir

Polşa öz ərazisində “Patriot” istehsalı zavodunun tikintisini təklif edib

“Hizbullah” Livanı İsraillə ikitərəfli danışıqları dayandırmağa çağırıb

İraq ABŞ-dən İranla uçuşlara icazə verməsini istəyir

Xaçmazda baş verən avtoqəza ilə əlaqədar xəstəxanaya 9 nəfər müraciət edib YENİLƏNİB VİDEO

Xaçmazda baş verən avtoqəza ilə əlaqədar xəstəxanaya 9 nəfər müraciət edib YENİLƏNİB VİDEO

Tokayev: Xəzərdə həlak olan hərbçilərə xilasetmə jiletləri verilməyib

Media: Netanyahu BƏƏ Prezidenti ilə görüşmək üçün gizli şəkildə Əbu-Dabiyə gedib

Elnarə Zeynalova: Yubiley tədbirləri gənclərdə klassik irsə marağı artırır

Kiyevdə soydaşlarımızın da çalışdığı bazara hava zərbəsi endirilib, ölənlər var

Vətən müharibəsi şəhidləri İstanbulda anılıblar

Fransada Senat seçkilərinin ilk nəticələri: sağçı və mərkəzçi qüvvələr öndədir

Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verib

Qərbi Azərbaycan İcması Zəfər parkını ziyarət edib

Rotterdamda şəhidlərimizin xatirəsi ehtiramla yad edilib

Çimərlik güləşində Azərbaycan millisi tarix yazıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

27 Sentyabr: Zəfərin böyüklüyü və fədakarlığın məsuliyyəti - ŞƏRH

Lənkəranda Anım Günü ilə bağlı 500 ağac əkilib

ADPU və filiallarında Anım Günü silsilə tədbirlərlə qeyd edilib

Samir Qulamov: "Bir nəfəs qədər" Azərbaycanda Zəfərə həsr olunan ilk səhnə əsərlərindən biridir

AzTU kollektivi Zəfər parkında şəhidlərin xatirəsinə ehtiramını bildirib

BMU-nun kollektivi Zəfər abidəsini ziyarət edib

Helsinki Azərbaycan Evində 27 Sentyabr – Anım Günü qeyd olunub

AHİK əməkdaşları Anım Günündə Zəfər parkını ziyarət ediblər

Mədəniyyət Nazirliyinin kollektivi şəhidlərin xatirəsini yad edib

Əmanətlərin Sığortalanması Fondunun kollektivi Zəfər Parkını ziyarət edib

Altmış yeddi yaşlı həmyerlimiz ölkəmizi 52-ci Berlin Marafonunda təmsil edib

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

“AzerGold” QSC-nin kollektivi Zəfər parkını və şəhid əməkdaşlarının məzarlarını ziyarət edib

Gürcü politoloq: 27 Sentyabr Cənubi Qafqazda yeni inkişaf mərhələsinin başlanğıcıdır

Zəfərə aparan yolun başlanğıcı - ŞƏRH

Dövlət Komitəsinin kollektivi Anım Günündə şəhidlərin xatirəsini yad edib

Azərbaycan Ordusunda Anım Günü silsilə tədbirlərlə qeyd olunub

Bu saata olan əsas xəbərlər

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər

Niyazinin mənzil-muzeyində Anım Gününə həsr edilmiş tədbir təşkil olunub

BDU kollektivi şəhidlərin xatirəsini ehtiramla yad edib

Malayziyada yaşayan Azərbaycan icması şəhidlərimizin xatirəsini yad edib

Nic qəsəbəsindəki kilsədə şəhidlərimiz anılıb

XRİTDX Anım Günü ilə əlaqədar şəhidlərin xatirəsini ehtiramla anıb

Azərbaycan millisi UEFA Millətlər Liqasına heç-heçə ilə başlayıb - YENİLƏNİB-2

Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi İranda anılıb

Osloda Anım Günü: Şagirdlər şəhidlərimizə həsr olunmuş xüsusi guşə yaradıblar

AQTA-nın kollektivi şəhidləri anıb

Maliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Türkiyənin Milli Müdafiə Nazirliyi: Azərbaycan qəhrəmanlarının xatirəsini ehtiramla yad edirik

Britaniyada terror aktı hazırlığında şübhəli bilinən 5 nəfər saxlanılıb

Şəhidlərin xatirəsinə ehtiram: Tərtər və Ağdamda anım mərasimləri

Türkiyə Prezidenti: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq

Elmi ictimaiyyətin nümayəndələri şəhidlərimizin xatirəsini ehtiramla anıblar

İqtisadiyyat Nazirliyinin kollektivi Zəfər parkında şəhidlərin xatirəsini yad edib

Şimal bölgəsində silsilə anım tədbirləri və ağacəkmə aksiyaları təşkil olunub

ANAMA rəhbərliyi Zəfər parkını ziyarət edib

“Zəfərə doğru uzanan yol” - Trakya Universitetində konfrans

27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub

Milli Kitabxanada Anım Gününə həsr olunmuş virtual və ənənəvi sərgi açılıb

ƏƏSMN kollektivi Anım Günündə şəhidlərimizin xatirəsini anıb

Qazaxıstanda hərbi islahat planı hazırlanacaq

Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib

Şimal-qərb bölgəsində Anım Günü: Şəhidlərin məzarları ziyarət olunub

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Zelenski: Ukrayna ordusu Donetsk vilayətində mühüm nəticələr əldə edib

Sankt-Peterburqda Anım Gününün altıncı ildönümü qeyd olunub

Mehmet Daniş: Vətən müharibəsi Türkiyə-Azərbaycan qardaşlığının daha bir nümunəsidir

Kənd Təsərrüfatı Nazirliyinin kollektivi şəhidlərimizin xatirəsini ehtiramla yad edib

FHN kollektivi Zəfər parkını ziyarət edib

Tovuz və Qazaxda Anım Günü qeyd olunub

Anım Günü: İnsan hüquqları üzrə müvəkkil şəhidlərin xatirəsinə ehtiramını bildirib

Lənkəran və ətraf rayonlarda şəhidlərin xatirəsi yad edilib

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Şahin Bayramov: Anım Günü tarixi Zəfərimizin və milli dirçəlişimizin simvoludur

ETSN kollektivi şəhidlərin xatirəsini anıb

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

Şəhid ailələrinin “Zəfərin izi ilə” Şuşaya səfəri təşkil olunub

Energetika Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb

Milli yaddaş, sülh və Böyük Qayıdış: Azərbaycan gəncliyindən beynəlxalq təşkilatlara müraciət

SEPAH ABŞ-yə məxsus pilotsuz sualtı aparatın ələ keçirildiyini açıqlayıb