Tatarıstandakı Azərbaycan diasporunun rəhbəri deputat seçilib
Moskva, 10 sentyabr, AZƏRTAC
Azərbaycan diasporunun rəhbəri, hakim Rusiyanın “Yedinaya Rossiya” partiyasının namizədi Ramiz Məmmədov Tatarıstanın Leninoqorsk bələdiyyə dairəsinin deputatlar Şurasına seçilib.
AZƏRTAC xəbər verir ki, həmyerlimiz seçicilərin 83,87 faizinin dəstəyini qazanıb.
Ramiz Məmmədov 1969-cu ildə Sumqayıtda anadan olub. 1990-cı ildən Tatarıstan Respublikasının Leninoqorsk şəhərində yaşayır. Moskva Dövlət Universitetinin Kazan filialının hüquq fakültəsini bitirib. O, diaspor fəaliyyətində fəal iştirak edir, Azərbaycan Milli-Mədəni Muxtariyyəti “Birlik” ictimai təşkilatının təsisçisi və rəhbəridir. Təşkilat Azərbaycanın milli-mənəvi dəyərlərinin təbliği ilə yanaşı, geniş xeyriyyəçilik fəaliyyəti ilə də məşğul olur.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [12:32]
“Tərtər” bazarında yoxlama aparılıb
- 09.06.2026 [12:24]
Süni intellekt dövründə insan hüquqlarının gələcəyi Bakıda müzakirə olunacaq
- 09.06.2026 [12:00]
Bu saata olan əsas xəbərlər
- 09.06.2026 [11:39]
Abşeron rayonunda sürücülər arasında baş verən insident araşdırılıb
- 09.06.2026 [11:35]
Baş prokuror Naxçıvanda vətəndaşların müraciətlərini dinləyəcək
- 09.06.2026 [11:31]
Dərmanların təhlükəsizliyi necə qorunur?
- 09.06.2026 [11:27]