Tbilisi meri: Hakim komanda ölkədə uzunmüddətli sülhün qorunması üçün hər şeyi edəcək
Tbilisi, 30 sentyabr, AZƏRTAC
Hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyasının komandası ölkədə uzunmüddətli sülhün qorunması üçün hər şeyi edəcək. Bu da öz növbəsində ölkədə daha böyük iqtisadi inkişafa gətirib çıxaracaq.
AZƏRTAC xəbər verir ki, bu sözləri hakim partiyanın baş katibi, Tbilisinin meri Kaxa Kaladze Asiya İnkişaf Bankının dərc etdiyi iqtisadi artım reytinqləri ilə bağlı jurnalistlərin sualını cavablandırarkən söyləyib.
"Ən mühüm və önəmli olan ölkəyə sülh və uzunmüddətli əmin-amanlıq gətirən siyasəti davam etdirməkdir. Öz növbəsində sülh iqtisadi rifah, tərəqqi, yenidənqurma, inkişaf gətirir. Bu proses geri dönməzdir. Biz ölkədə uzunmüddətli sülhün qorunması üçün hər şeyi edəcəyik”, - deyə Kaxa Kaladze bildirib.
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [13:58]
Ukrayna Rusiyanın neft obyektlərinə və hərbi hədəflərinə zərbələr endirib
- 02.10.2026 [12:45]
Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb
- 02.10.2026 [12:36]